Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2015
10:46
ABŞ-da polislə etirazçılar arasında toqquşmalar başlayıb - VİDEO

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasında toqquşmalar başlayıb.Bir müddət əvvəl Baltimorda polis tərəfindən saxlanılan 25 yaşlı qaradərili Freddi Qrey xəstəxanada dünyasını dəyişib.

Polis nümayəndələri bildiriblər ki, F.Qrey şəhərin kriminoqen cəhətdən qeyri-sabit bölgəsində tutulub. Bundan sonra şəhərdə iğtişaşlar başlayıb. Etirazçılar polisə daş və  şüşə qablar atıblar. CNN telekanalı bir neçə asayiş keşikçisinin xəsarət aldığını bildirir.  

Xatırladaq ki, ötən il avqustun 9-da qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirildikdən sonra Missuri ştatının Ferqyson şəhərini etiraz aksiyaları bürümüşdü, polis və etirazçılar arasında xəsarət alanlar olmuşdu. 

Артыг mer Stefani Rolinqs-Bleyk şəhətdə komendant saatı tətbiq edildiyini bildirib. Komendant saatı axşam saat 22:00-dan səhər saat 5-ə kimi bir həftə müddətində qüvvədə qalacaq.

Xatırladaq ki, bundan əvvəl Baltimorda baş verən kütləvi iğtişaşlarla əlaqədar Merilend ştatında fövqəladə vəziyyət elan edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4523

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2045
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 03:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru