Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2015
13:15
1819
Azərbaycanda boşanmaların 4 əsas səbəbi - MÜTƏXƏSSİS RƏYİ

Son günlər ölkəmizdə boşanma hallarının sayı sürətlə artmaqdadır. Cari ilin ilk iki ayında 2,1 min boşanma halları qeydə alınıb. Orta hesabla günə 35 boşanma. Şübhəsiz ki, bu cəmiyyətimiz üçün çox qorxulu bir tendensiyadır. Çünki ailə cəmiyyətin nüvəsidir. Ailələrimiz dağılarsa, gələcəyimizdən narahat olmalıyıq. Sanballı, vətənini sevən, keyfiyyətli vətəndaşlar sağlam ailələrdə tərbiyə olunmalıdır. Natamam və yarımçıq ailələrdə yox. Məhz  boşanmalar zamanı ən çox əziyyət çəkən uşaqlar olur. Boşanma ailədəki azyaşlıya çox ciddi zərbə vurur. Bu birbaşa uşağın özünə güvən hissinin formalaşmasına mənfi təsir göstərir. Yəni şəxsiyyət və kimliyinə aid məsələdir. Çünki ailədə istər qız olsun, istər oğlan,  övladın tərbiyəsində həm ananın həm də atanın rolu vacibdir. Bu qadın və kişiyə məxsus xarakterlərin fərqliliyinə görədir.

Ölkəmizdə boşanmalar niyə sürətlə artır?

Ümumiyyətlə son 10 ildə dünyada boşanmalar sürətlə artmaqdadır. Görünür bu da vətənimizdən  yan keçməyib. 

Bəs boşanmaların sürətlə artma səbəbləri nələrdir?

1. Ailə və evlilik haqda düzgün maariflənmənin olmaması

Ölkəmizdə evliliyə hazırlıqla bağlı xüsusi təlim-tədris müəssisələri olmalı və evliliyə hazırlaşanlar bu təlimlərdə maariflənməlidirlər. "Evlənmək nədir?", "Evlənməkdən nə gözləyirəm?" kimi köklü suallara hər bir gənc cavab tapmalıdır. Əks halda, ailə məsuliyyətini idrak etmək müşkül məsələyə çevrilir.

2. Müasir dövrün əsrarəngiz cəlbedici  geyim modelləri 

Xanımların olduqca dəbdəbəli və cazibədar geyimləri evli kişilərin ailələrindən uzaqlaşmasına səbəb olur və beləliklə bəzi kişilər  ailəsindən boşanaraq tüfeyli eşq macəraları yaşamağa başlayır. Yəni qeyri-qanuni cinsi münasibətlər adi hala çevrilir.

3. İnsanlarda səbir, qarşılıqlı güzəşt  və məsuliyyət hissinin zəifləməsi 

Ailədə ilkin şərt səbir və qarşılıqlı güzəştdir. Müasir texnologiyalar insanın səbir hissinin zəifləməsinə xidmət edir. Avtomobil, mobil telefon və digər texniki vasitələr işlərin tez bir zamanda nəticələnməsini təmin edir və insan istər-istəməz bu sürətə aludə olur. Beləliklə hər hansı bir problem və ya sıxıntı olarsa ona səbir edə bilmir və tez bir zamanda problemdən uzaqlaşmaq üçün dərhal təcili qərar verir.

4. Həyat və yaşayış şərtlərinin çətinləşməsi

Müasir dövrümüzdə yaşayış öhdəlikləri artmışdır. İnsanlar maksimum qazanmaq və maksimum xərcləmək burulğanına yuvarlanırlar. Təbii ki, bu da ailələrin güzəranına birbaşa təsir edir. Ailə kreditləri, gündəlik yaşayış tələblərinin ifrat həddə artması, kapitalizmin amansız pul mexanizmləri insanları çox məşğul edir və hər kəs günün əksər saatını maddi öhdəliklərə sərf edir. Ailədaxili ünsiyyət, ailə gəzintiləri və s sosial məsələlərə vaxt ayrılmır.

Boşanmaların sayını minimuma endirmək üçün dövlət tərəfindən hansı tədbirlər görülməlidir?

1. TV-də davamlı olaraq Ailə və evlilik proqramları təşkil olunmalıdır

2. Universitet və institutlarda Ailə və evlilik dərsləri tədris olunmalıdır

3. Evlilik öncəsi  altı aylıq və ya bir illik Ailə təlimləri tədris olunmalıdır

Vüsal Nadiroğlu

Sosial psixologiya üzrə tədqiqatçı

xüsusi olaraq FaktXəbər üçün

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
251

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1866

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
397

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1335

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
467
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 07:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru