Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2015
15:14
Vəkil: `Taleh Bağırov Qobustan cəzaçəkmə müəssisəsində qeyri-qanuni saxlanılır`

İlahiyyatçı Taleh Bağırovun vəkili Cavad Cavadov Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevə müraciət edib. Vəkilin “Yeni Müsavat”a verdiyi məlumata görə, müraciətdə ilahiyyatçının hazırda apellyasiya məhkəməsi davam etdiyi bir vaxtda Qobustanda saxlanılmasının qanunsuz olduğu qeyd olunur.

Sitat: “Hörmətli Mədət müəllim. Hüquqlarını müdafiə etdiyim Bağırov Taleh Kamil oğlu Qaradağ rayon Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli qərarı ilə saxlanıldığı 12 saylı Cəza Çəkmə Müəssisəsindən cəzasının sonunadək həbsxanaya keçirilmişdir. Həmin qərardan verdiyimiz apellyasiya şikayəti məhkəmənin 16 mart 2015-ci il tarixli qərarı ilə bərpa olunaraq (şikayət vaxtında verilmiş hesab edilərək) baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hal hazırda apellyasiya baxışı davam edir. Bu gün Taleh Bağırov Həbsxana tipli Qobustan cəzaçəkmə müəssisəsində qanuni qüvvəsini almamış qərar üzrə saxlanılır və onün hüquqları pozulmaqda davam edir. Sizdən xahiş edirəm bu qanun pozuntusunun aradan qaldırılması üçün müvafiq göstərişlər verəsiniz”.

Xatırladaq ki, ilahiyyatçı Taleh Bağırov 2013-cü il martın 31-də tutulub. Ona qarşı narkotik vasitə saxlama ittihamı irəli sürülüb və 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il avqustun 13-də Taleh Bağırovdan mobil telefon tapıldığına görə məhkəmə cəza müddətinə 4 ay da əlavə edib. Daha sonra isə 12 saylı cəzaçəkmə müəssisəsi rəhbərliyinin təqdimatı ilə ilahiyyatçı xüsusi rejimli həbsxanaya göndərilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48628

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46683

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47922

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53425

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47517

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47895
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 17:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru