Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2015
15:03
`Sovetski` sakinlərini aldadan dələduzlara hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluğa cəhddə təqsirləndirilən "DES Consulting" şirkətinin baş direktoru Nazim Səmədov, şirkətin prezidenti Asəf Hacıismayılov, proyekt meneceri Orxan Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə N. Səmədəov 6 il, A. Hacıismayılov və Orxan Fərhədova isə Cinayət Məcələsinin 70-ci maddəsi tədbiq olunaraq şərti azadlıq cəzası verilib.

Qeyd edək ki, "Sovetski"dən köçürülən sakinlər üçün yeni binların tikilməsilə bağlı yayılan məlumatlarda dələduzların fırıldağı ortaya çıxıb."Sovetski" sakinləri üçün Gəncə prospektində 810 mənzilli 16 mərtəbəli doqquz binanını tikəcəyin bildirən "DES Kosaltinq" şirkəti həmin mənzilləri hər kvmetri 375 manatdan sakinlər üçün satacaqlarını bildiriblər. Amma Yasamal rayon İcra Hakimiyyətininin məlumatı araşdırması həmin şirkətin dələduzluqla məşğul olduğunu ortaya çıxarıb.Yasamal, Səbail rayonu və eləcə də Bakı şəhər prokurorluğunun əməkdaşları "DES Konsalt"inqin ofisində araşdırmalar aparıb. Şirkətin direktoru Nazim Səmədov öz əməlinə haqq qazandımağa çalışıb.Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də, onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edib. Faktla bağlı Cinayət Məcələsinin 29.178( dələduzluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
563

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
430

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
515

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru