Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2015
15:21
1242
“7 rayonun qaytarılması Dağlıq Qarabağ münaqişəsinin həlli deməkdir”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların növbəti raundundan sonra müəyyən mühakimə yürütmək olar. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olsa və müzakirələrin detalları ictimaiyyətə açıqlansa, Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar daha dəqiq şərh verə bilərəm”. 

Bunu açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

O, Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması üçün addımlar atdığı barədə iddialara da münasibət bildirib. Ayaz Mütəllibovun sözlərinə görə, müəyyən şərtlər altında Rusiyanın işğal altında olan 7 rayonu Azərbaycana verməsi mümkündür.

“Azərbaycanın 7 rayon, ümumiyyətlə Dağlıq Qarabağın geri qaytarılması ilə bağlı mövqeyi tamamilə haqlıdır. Amma ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiyanın da məsələyə necə yanaşması önəmlidir. Ermənistanın isə işğalçı mövqeyi bəllidir”,-deyə o bildirib.

Eks-prezident qeyd edib ki, Ermənistan tərəfi tələb olunan şərtləri qəbul etsə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində böyük addım olar:

“Azərbaycan dəfələrlə öz haqlı tələblərini və təkliflərini irəli sürüb. Ancaq Ermənistanın yürütdüyü siyasət nəticəsində bu tələblər öz həllini tapmayıb. Bu tələblər sırasında 7 rayonun qaytarılması məsələsi də var. Hətta 7 rayonun qaytarılması demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllidir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
255

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2346
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru