Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2015
11:45
Polis balakənli “narkobaron”ların görüntülərini yaydı – FOTO

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Balakəndə keçirilən xüsusi əməliyyat zamanı tutulan dəstə üzvlərinin görüntüləri yayılıb.

Görüntülərdə dəstə üzvlərindən müsadirə olunan narkotik, silah-sursat əksini tapıb. 

Qeyd edək ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları mütəşəkkil dəstələr tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Balakən rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsi, alqı-satqısı və narkotərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 9 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb. Balakən sakinləri olan bu şəxslərin 2-si əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Onların üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 2 avtomat, 1 “TOZ-8” tüfəngi, 2 tapança, 1 qaz tapançası, alışqanları ilə birlikdə 8 əl qumbarası, 70-ə yaxın müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda,  9,2 kiloqram marixuana və aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 1800 ədəd çətənə kolu götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3463

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2007

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 16:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru