Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2015
21:00
“Azərişıq” ağacları qırıb parkın içində özünə bina tikir - FOTO

Paytaxtda ağacların qırılması əslində yeni hadisə olmasa da bu dəfə vəziyyət bir az fərqlidir. Ağacları kəsən və yerində bina tikən ayrı-ayrı işbazlar, sahibkarlar, kommersiya təşkilatları yox, dövlət qurumlarından biridir.

Rixard Zorge parkının bir hissəsindəki yaşıllıq kəsilərək yerində “Azərişıq” ASC üçün inzibati bina tikilir. Tikinti işləri bir neçə gündür başlayıb. Özü də Nəsimi Rayon İcra Hakimiyyətinin düz gözünün önündə. RİH-in pəncərələri birbaşa həmin əraziyə açılır.

Qeyd edək ki, Rixard Zorge parkı Bakının mərkəzində qalan azsaylı, nadir yaşıl parklardandır. “Azərişıq” ASC üçün Bakıda sanki yer qəhət imiş. Parkda ASC-yə bina tikmək üçün hasara alınan ərazi o qədər də geniş deyil. Bu da sual yaradır: başqa yer yox idimi, ümid elə buradakı yaşıllığa qalmışdımı?

Prezident İlham Əliyevin ağacların kəsilməsi ilə bağlı xəbərdarlığı yəqin ki, kimlərinsə yadından çıxıb. Amma elə mətbuatın arxivində İlham Əliyevin nəqliyyat naziri Ziya Məmmədova etdiyi xəbərdarlığı bir daha tapıb oxumaq olar.

Ötən ilin may ayında İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmiryol vağzalının yeni binasının açılışında iştirak etmişdi. Dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxmışdı. Burada prezidentə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilmişdi.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdi ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq.

Z.Məmmədovun təqdimatına reaksiya verən İ.Əliyev nazirin sözünü kəsərək belə demişdi: “Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm...”

İndi görünən budur ki, məmurlar prezidentin gedib görmədiyi yerlərdə istənilən yaşıllığı məhv edərək istədikləri işləri görə bilərlər. Çünki prezidentdən fərqli olaraq onların ağaclara heyfi gəlmir...

Paytaxtdakı növbəti “yaşıl soyqırımı” faktına münasibət öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən virtualaz.org saytına bildirildi ki, fakt nazirliyin müvafiq qurumları tərəfindən araşdırılandan sonra ona münasibət bildiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61994

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59736

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61398

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61075

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66543

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60807

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61038
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2021 08:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru