Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2015
20:59
3053
Avtobuslarda əlillər üçün pandusları kim açmalıdır? - MÜTƏXƏSSİS RƏYİ

Əlil arabasında avtobusa minmək istəyən sərnişinə sürücünün kömək etməməsi və onu dayanacaqda qoyaraq getməsi ciddi ictimai rezonansa səbəb olub. İctimaiyyət haqlı olaraq sürücünün bu hərəkətini qınayır. Amma burada günah təkcə bu sürücüdə deyil. Problem mövcud qanunvericilikdədir.

Məlumat üçün bildirirəm ki, ölkəmizdə avtobusla sərnişin daşımanın qaydaları Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu ildə qəbul etdiyi qərarla tənzimlənir. Həmin qərarla təsdiq olunan qaydalarda avtobusdakı pandusların kim tərəfindən açılmalı olması və əlil arabasında olan sərnişinə kimin yardım etməsi məsələsi açıq qalıb. Görünür, həmin qaydalar hazırlanarkən belə problemi qabaqcadan görən olmayıb. Ona görə də qanunvericilikdə bu boşluq yaranıb. Yəqin, bu hadisədən sonra problem aradan qaldırılar.

Lakin ölkəmiz BMT-nin 2006-cı ildə təsdiq etdiyi “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Həmin Konvensiya üzv dövlətlərdən əlillər üçün bütün sosial nemətlərdən yararlanmağa imkan verən şərait yaratmağı, müvafiq tədbirlər görməyi tələb edir. Ona görə də bizim qanunvericilikdəki bu boşluq tezliklə aradan qaldırılmalıdır. 

Problemin həlli isə xarici ölkələrin, o cümlədən qonşu Rusiyanın, Qazaxıstanın təcrübəsi nəzərə alınmaqla həll edilməlidir. Bu ölkələrin qanunvericiliyinə əsasən, əgər əlil arabasında olan sərnişini müşayiət edən və ya ona könüllü yardım edən şəxs yoxdursa, onun pandusla avtobusa minməsini və düşməsini sürücü həyata keçirməlidir. Bunu etməyən sürücüləri cəzalandırırlar.

Bu məsələ həm də mənəvi məzmuna malikdir. Yəni mövcud qanunvericiliyimizdə boşluq olsa da, heç kəs bundan sui-istifadə etməməlidir. Məncə, normal mənəvi dəyərlərin daşıyıcısı olan sürücü avtobusa minmək istəyən əlili dayanacaqda qoyub getməz.

Ərşad Hüseynov,

hüquqşünas

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
177

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
109

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
138

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
172

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
202

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
194

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
750

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
564
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 20:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru