Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2015
12:00
1019
Sürücülərə pis xəbər; Bakıda bu dairədən əlinizi üzün - FOTO-VİDEO

İki aya yaxındır ki, Bakının Yasamal rayonu ərazisində – Qələbə meydanındakı dairədə nəqliyyat vasitələrinin hərəkət sxemində dəyişiklik edilib. Bu dəyişiklik əvvəlcə müvəqqəti xarakter daşıyırdı. Çünki rəsmi qurumlar bəyan etmişdilər ki, Qələbə dairəsindən «20 Yanvar» istiqamətinə hərəkət müvəqqi olaraq dəyişdirilib. Sürücülər Qələbə dairəsindən Nəqliyyat Nazirliyi istiqamətinə hərəkət edib körpünün altından geri dönməklə yenidən Qələbə dairəsinə qayıtdıqdan sonra sağa – «20 Yanvar»a tərəf gedirdilər. Bu addımın atılması onunla əlaqələndirilirdi ki, Ziya Bünyadov prospekti istifadəyə verildiyi üçün nəqliyyat axını sürətlənib və Salamzadə küçəsindən Qələbə meydanına daxil olan nəqliyyat vasitələrinin sayı artıb. Bu isə həmin dairədə sıxlıq yaranmasına səbəb olur. Dəyişiklikdən sonra Salamzadə küçəsindən Qələbə dairəsinə daxil olan yol «Baş yol» hesab olunur. Dairəyə bütün istiqamətlərdən daxil olan nəqliyyat vasitələri Salamzadə küçəsindən gələnlərə yol verməlidir.

Yeni qaydalar əvvəl müvəqqəti tətbiq olunurdu. Yəni, dairədən «20 Yanvara» tərəf gedən yola beton laylar qoyub yolu bağlamışdılar. Lakin artıq iki gündür həmin beton laylar oradan götürülüb və yerində yaşıllıq salınır. Bu isə o deməkdir ki, artıq bundan sonra Zərdabi küçəsindən Qələbə dairəsinə daxil olub geriyə və ya «20 Yanvar» istiqamətində hərəkət mümkün olmayacaq. Bunun üçün dairəyə daxil olub sağa və sağ yolla Nəqliyyat Nazirliyinə tərəf hərəkət etməli, körpünün altından geriyə dönüb Qələbə dairəsinə tərəf qayıtmalısan.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
290

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
176

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
260

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
192

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
204

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
187

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
208
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 04:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru