Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2015
18:19
1053
UEFA “Qarabağ” - “İnter” matçı barədə həqiqəti etiraf etdi

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “İnter”lə (İtaliya) görüşü zamanı kobud hakim səhvinin qurbanı olan “Qarabağ”ın şikayəti ilə bağlı qərarını açıqlayıb.

Qitə futbol qurumu 0:0 hesabı ilə başa çatan görüşün son dəqiqələrində vurulan qolun hesaba alınmamağı ilə bağlı iradını bildirən Ağdam təmsilçisinin haqlı olduğu qənaətinə gəlib.

UEFA Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasının təmiz qolu qeyd almamaqla, səhvə yol verdiyini etiraf edib. Bu üzdən də “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin matçın yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda çexiyalı hakimlərin cəzalandırılması tələbi  haqlı irad kimi dəyərləndirilib.

Gözlənildiyi kimi, oyun yenidən keçirilməsi haqqında qərar qəbul olunmayıb. Amma UEFA-nın baş tutan iclasında qəbul olunan qərarda hakimin oyunda fərdi xətaya yol verdiyi öz əksini tapıb. Qurum “Qarabağ” nə qədər təmiz qol vursa da, hakim qərarıyla əngəllənməsi, həmin epizodda qaydalarının pozuntusunun olmaması fikri ilə tam razılaşıb. Sonda belə kobud səhvə yol verən çexiyalı hakimin cəzalandırılacağı vurğulanıb.

Lakin UEFA rəsmiləri hakimlərlə bağlı qərarın nə vaxt veriləcəyini açıqlamayıb. Çexiyalını gözləyən hər hansı cəzanın müddəti ilə bağlı də hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, “İnter”lə Bakıda keçirilən qrup mərhələsinin son iyununda qalib gələcəyi halda, “Qarabağ” 2-ci yerin sahibi kimi 1/16 finala yüksələcəkdi. Ağdam təmsilçisini təmiz qələbədən məhrum edən Zelinka həm də komandamızın növbəti mərhələyə yolunu bağlayıb. Bu səhv sayəsində qrup ikincisi olan Ukrayna “Dnepr”i isə ilk matçı fevralın 19-da baş tutacaq 1/16 finalda Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
10

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru