Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2015
10:01
1294
Prezident Administrasiyasından ilginc siyahı

Azərbaycan hakimiyyəti tikinti bazarını ayaqda saxlamaq üçün müxtəlif üsullara əl atır. Bir neçə gün mənzil alqı-satqısı prosesinə bəzi dəyişikliklər edildi və bəlli oldu ki, aldığı mənzili 3 ildən tez satanlardan vergi tutalacaq.

Bu günlərdə isə Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Ismayılov “Azərtac”a yazdığı məqalədə mənzil bazarındakı dələduz şirkətlərin adını açıqladı. Onların sırasında “Inşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “Ideal-Inşaat”, “Şahbulaq”, “Abşeron-1", ”A.E.K", “Xəmsə Inşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “R+R”, “Birlik inşaat”, “Ulduz” firmalarının adları qeyd olunub. Bundan başqa Ictimai Televiziyanın keçmiş rəhbəri Ismayıl Ömərovun qardaşı oğluna məxsus “FOLKLOR”, müğənni Aygün Kazımovanın qardaşı Ələsgər Kazımovun rəhbəri olduğu “Ələsgəroğlu” firmasının adı da PA rəsmisinin məqaləsində hallanıb. Süleyman Ismayılov daha sonra yazıb ki, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt Inşaat”, “AENT-E”, “HAYAN-E”, “Klass Azko”, “Badu Kubə”, “Olimpus-AZ”, “Cənnət”, “Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən də daha çox narazılıq var. Onun sözlərinə görə, bu firmalarla bağlı PA-ya daxil olan müraciətlərdə mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bildiklərindən bəhs edilir.

Süleyman Ismayılov ilk dəfədir ki, bu mövzuya toxunub. Bu da vəziyyətin olduqca kritik olduğunu göstərir. Məsələ burasındadır ki, adıkeçən şirkətlərin əhəmiyyətli hissəsinin arxasında hakimiyyətdəki oliqarx-məmurlar dayanır. Bu baxımdan da vətəndaşların problemi həll olunmamış qalır. Məsələn, “Safari-N”, “Olimpius-AZ” şirkətləri “Şərurlu Isfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundova məxsusdur. Isfəndiyar Axundovun isə PA rəhbər Ramiz Mehdiyevə yaxın şəxs olduğu barədə iddialar var. Təkcə “Olimpius-AZ” şirkəti ilə bağlı 12 məhkəmə qətnaməsi var. Lakin icra olunmamış qalıb. Yaxud, “Birlik Inşaat” şirkəti. Bu şirkətin himayədarları Xətai Rayon Polis Idarəsinin rəisi Muradəli Babayev və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlidir. Digər şirkətlərlə bağlı da araşdırma apardıqda onların hansısa məmura arxanlandığı üzə çıxır. Bəs nədən Süleyman Ismayılov sonuncu məqaləsində bu məsələyə toxunub, dələduz şirkətlərin adları açıqlanıb?

Yuxarıda qeyd etdiyimiz kimi bu mənzil bazarını ayaqda saxlamaq atılan addımlardan biridir. Vətəndaşlar mənzil bazarında dələduzluğun olduğunu görüb, yeni tikilən binalardan mənzil almağa ehtiyat edirlər. Deməli, vətəndaşlarda bazara etimadı qaytarmaq lazımdır. Əks təqdirdə mənzil bazarında böhran yarana bilər ki, bu da bank sisteminin çöküşünə və 100 minlərlə insanın işsiz qalmasına səbəb ola bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
163

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
98

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
127

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
160

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
193

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
184

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
739

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
557
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 19:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru