Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2015
13:07
1505
Bir evin qiymətinə satılan “Vosmoy” bazarı - ANALİZ

Bugünlərdə məlum oldu ki “8-ci km Ticarət Mərkəzi” ASC özəlləşdirilib. 

Yayılan məlumatlarda iddia edilir ki,  adıçəkilən bazar bir neçə müddətdir Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun bilavasitə göstərişi ilə müxtəlif bəhanələrlə Mirəli Bağırovun əlindən alınaraq komitə sədrinin yaxın adamı Rasim adlı polis polkovnikinin adına keçirilib. Bundan sonra bazarın əsil sahibi ilə Rasim Qurbanov arasında məhkəmə çəkişməsi başlayıb.

Dəqiq məlumat isə bundan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini elan edib. Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 milyon 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib. Lakin qalibin və digər iştirakçıların adı açıqlanmayıb.

Müsabiqə Komissiyası işini 16 yanvarda bitirib. Nəticələr Əmlak Məsələləri Dövlət Komitəsinin orqanı olan “Mülkiyyət” qəzetində 31 yanvarda açıqlanıb. Bu xəbərdən sonra “Trend” məlumat yaydı ki, müsabiqədə qalib gələn şəxs Bəhram Qurbanovdur.

Məsələnin ən maraqlı məqamı adıçəkilən bazarın özəlləşdirilmə qiymətidir. Belə ki, özəlləşmənin şərtlərinə görə qalib dövlət büdcəsinə 313 min manat pul ödəməlidir. Bəli, bu böyüklüyündə bazara 312 min qiymət qoyulub. 6 aya bazara milyonluq investisiyanın qoyulacağı isə qeyri-real məsələdir. 

Əsas odur ki, milyonlarla dövriyyəsi olan bazar, bir mənzilin qiymətinə satılıb. Şəhərin mərkəzində 3 otaqlı mənzilin qiyməti 312 min manatdan bahadır. Bu bazarda yüzlərlə ticarət köşkləri var ki, onların icarə haqqı kifayət qədər böyük məbləğ edir. Görəsən bu 312 min manat hansı meyarlara əsasən peyda olub. Yəni bu ölkədə 8-ci kilometr bazarına daha yüksək pul ödəyən şəxs tapılmayıb. Təkcə, bu rəqəmin özü yayılan məlumatların, yəni maxinasiya hallarının olduğunu təsdiqləyir.

Başqa bir məqam bundan ibarətdir ki, ölkə başçısı bu yaxınlarda geniş nitq söylədi və israfçılığın, səmərəsiz xərcləmələrin qarşısının alınacağını söylədi. Onu da vurğuladı ki, daha valyuta ehtiyatlarımız artmayacaq, əvvəlki temp olmayacaq.

Belə olan halda dövlətin əmlakı kiçik məbləğə niyə özəlləşdirilməlidir. Hər il kəsirlə yaşayan büdcəmizə bu özəlləşdirmədən daha çox vəsait daxil olmalı deyildimi? Bu fakt onu göstərir ki, heç bir böhran, iqtisadiyyatda yaranmış krizis, hökuməti şəxsi maraqlara xidmətdən yayındıra bilmir. Milyonlarla dövriyyəsi olan bazar 312 min manata özəlləşir və “tender qalibi”  milyonlar qazanmağa davam edir.

Yəqin bundan sonra icarə haqlarının artırılması, mövcud dükanların yenidən tikilərək sahibkarlara satılması kimi xəbərlər də eşidəcəyik.

Ən çətini dövlətin əmlakını su qiymətinə özəlləşdirməkdi ki, bu mərhələni başa çatdırdılar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
189

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
125

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
153

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
107
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru