Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2015
16:11
750
XİN-dən Qarabağ açıqlaması

Region  “Bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığı torpaqlarda konsert təşkil etmək sülhə deyil, işğal və təcavüzün təşviqinə xidmətdir”. 

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Music for peace” (“Sülh naminə musiqi”) adlanan qeyri-hökumət təşkilatı tərəfindən 6 fevral tarixində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində konsert proqramının təşkil ediləcəyi barədə xəbəri şərh edərkən bildirib. 

O qeyd edib ki, “Sülh naminə musiqi”dən danışan təşkilatın iddia etdiyi adı ilə həyata keçirdiyi missiya arasında ziddiyyət var. 

“Bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qaldığı və hərbi təcavüz və terror nəticəsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında konsertin təşkil edilməsi sülhə deyil, işğal, təcavüz, qanlı etnik təmizləmə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının təşviqinə xidmət edir. “Music for peace” adlı təşkilat öz məsuliyyətini dərk edərək, bu kimi təxribatçı əməldən çəkinməlidir. Əks təqdirdə, işğal olunmuş ərazilərə qanunsuz səfər edəcək şəxslər Azərbaycan Respublikasında arzuedilməz şəxslər siyahısına daxil ediləcək”, – deyə H. Hacıyev vurğulayıb. 

O əlavə edib ki, eyni zamanda UNESCO-nun loqosundan hansı əsasla layihənin rəsmi saytında istifadə edilməsi məsələsi də adıkeçən beynəlxalq təşkilat qarşısında qaldırılacaq: “Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinə bu barədə təlimat verilib”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
40

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1051
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru