Benzin ucuzlaşa bilər - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Fevral

2015
16:20
2743
Benzin ucuzlaşa bilər - VİDEO

Nazirlər Kabinetinin yeni qərarı ilə ölkəyə gətirilən bir sıra məhsullar üçün aksiz dərəcələri atırılıb. 

Bura spirtli içkilər və tütün məmulatları aiddir. Bu addım həmin məhsulların bahalaşmasına səbəb olacaq. Ölkəyə gətirilən benzin üçün isə müəyyən olunan aksiz vergisi azaldılıb. 

Yeni qərara əsasən 95-dən az oktanlı avtomobil benzinlərin hər tonu üçün aksiz dərəcələri 200 manat, 95-dən çox, 98-dən az oktanlı benzinlər üçün 80 manat, 98-dən çox oktanlı benzinlər üçün 120 manat müəyyən olunub. Hər 3 benzin növü üçün indiyədək müəyyən olunan qiymətlər 250 dollar olub. tərkibində qurğuşunun miqdarı 0,013 q-dan çox olan benzinlər üçün də eyni qiymət müəyyən olunub. Digər benzin növlərinə gəlincə indiyədək 1 dollar həcmində müəyyən olunan aksiz dərəcəsi bundan sonra 1 manat dəyərində qiymətləndiriləcək. 

Xatırladaq ki, bir müddət öncə yol vergisi ləğv edilərək yanacağın üzərinə əlavə olundu. Ardınca Tarif Şurasının qərarı ilə ölkədə yanacağın qiyməti hər litri üçün 2 qəpik artırıldı. Çox keçmədən Dövlət başçısı yol vergisinin istehlakçıların hesabına ödənməsi qərarını ləğv etdi və hər litrə görə 2 qəpiyi istehsalçı və idxalçı ödəməli oldu. 

Ekspertlərin fikrincə aksiz vergisinin azadılması ilə bağı Nazirlər Kabinetinin qərarı istehsalçıların yükünün azaldılması məqsədi daşıyır. Vergi manatla müəyyən olunmasına gəlincə mütəxəssislərin fikrincə bu dolların kursundakı enişlə bağlıdır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com