Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2015
13:48
Polis 230 min manata avtomobil nömrəsi satanları həbs etdi

Daxili İşlər Nazirliyi 230 000 manata (293 min dollar) dövlət qeydiyyat nişanları satanları saxlayıb.

DİN-dən FaktXəbər-ə daxil olan məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində nəqliyyat vasitələrinə verilən müxtəlif dövlət qeydiyyat nişanlarının həddən artıq baha qiymətə satılması barədə məlumatlar yayılıb.

Bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən, ümumiyyətlə, xəbərləri yoxdur. 

Apaşdırmalarla o da məlum olub ki, qeyd olunan nömrələrin satılması barədə elan vermiş şəxslər əslində dələduzluq yolu ilə külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanımadıqları şəxslərin avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər saxlanılıb.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polisi İdarəsində və onun  regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində verilir.

Qeyd edək ki, sosial şəbəkələrdə  dövlət qeydiyyat nişanları 99 TT 999 - 230 min manata, 99 LL 999 - 200 min AZN, 99 VV 999 – 200 min AZN, 99 UU 999 – 200 min AZN  satılması barədə məlumat yayılmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3348

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2672

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2223
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 10:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru