Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2015
21:47
Qubada yenə gərginlik, kəndə polis gətirildi - VİDEO-FOTO

“Kənddə şərait yoxdur. Yolumuz bərbad gündədir, uşaqlar məktəbə gedib-gələ bilmir. Qaza həsrətik. İşıq da yoxdur ki, uşaqlarımız dərslərini hazırlaya bilsinlər. Lampa işığında otururuq”.

Bunu saytının bölgə müxbirinə yanvarın 7-də günorta saatlarında mərkəzi yolu bağlamağa toplaşan Qubanın Mirzəqışlaq kəndinin sakinləri deyib.

Kənd sakinlərinin bu aksiyaya əl atmaqda məqsədi məmurların diqqətini kənddəki şəraitsizliyə çəkmək idi. Bundan xəbər tutan polis qüvvəsi özünü kəndə çatdırdı. Sakinlərdən dağılışmaq tələb olundu. Kəndlilər isə yolu bağlamaqda israrlı idi.

“Dolana bilmirik bu kənddə”

“Susuzluqdur... Su gələndə az qalırıq stəkanları da su ilə dolduraq ki, bizə su çatsın. Nə suvarmağa, nə də içməyə suyumuz var. Nə əkin yerimiz, nə də torpağımız var. Şəxsən mənim ailəm 7 nəfərdən ibarətdir. Heç cür dolana bilmirik bu kənddə...” - deyə kənd sakinlərindən biri bildirib.

Az sonra Quba Rayon İcra Hakimiyyətinin (RİH) səlahiyyətliləri də kənddə göründü. Kəndliləri dinləmək üçün Mirzəqışlaq kənd məktəbinə topladılar. Qarşılarına isə Quba RİH başçısının birinci müavini Yusif Abidov çıxdı.

“Bir az səbrli olmaq lazımdır. Yaraşmaz axı, 5-6 qadın çıxıb yola ki, aksiya keçirirəm, filan... Nə kəndin adına, nə camaatımızın, nə də rayonumuzun adına yaraşmır. Bizim icra hakimiyyətinin qapısı hamının üzünə açıqdır. Nə vaxt gəlmisiniz, kömək eləmişik...” - deyə Y.Abidov bildirdi.  

Kənd sakinləri kənddəki problemlərdən boğaza yığıldıqlarını deyirdilər. Onlar icra hakimiyyətindən kəndin problemlərinə əncam çəkilməsini istəyirdilər. Başçının müavininə problemləri bir-bir sayırdılar:

- Su yol, qaz, işıq... Hələ ev şəraitimizi demirik. Yol yoxdur, palçıqdır, evdən çıxmaq olmur. İşıq yoxdur, saat 7-dən sonra kəndə gəlin, görəcəksiniz ki, qaranlıqda oturmuşuq. Odun məsələsinin necə çətin olduğunu isə özünüz bilirsiniz...

Başçının müavini:

- Yaxşı, qaz çəkiləcək...

Y.Abidov üzünü icra hakimiyyətinin işçilərinə və bələdiyyə sədrinə tutur:  

- Kənddə karyerlər var. Kəndin ara yollarının qismən düzəldilməsinə, çınqıl tökülməsinə kömək etsinlər. Nəzarətdə saxlayıb bu məsələni həll edərik. Qaldı ki, işıq...

Sakinlər:

- Elə o karyerlər işləməyən günlərdə işığımız gur yanır.

Başçının müavini:

- Xorla danışmayın. Karyer işləməlidir. O da sənaye müəssisəsidir. Sahibkardır, qanuni fəaliyyətlə məşğuldur. Onun da sahibkar hüququnu tapdamaq olmaz. İşığın zəifliyini karyerlə bağlamaq düzgün deyil. Ancaq hər halda araşdırarıq, bir şey fikirləşərik.

Başçının birinci müavini 1 saatdan çox danışıb kənddəki problemlərin tezliklə həll olunacağını vəd edəndən sonra sakinlər dağılışdılar.

Onların virtualaz.org-un kamerasına söylədiyi son sözlər isə bu oldu: “10 ildir eyni sözləri eşidirik...”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2050
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 05:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru