- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Milli Məclis bu gün keçirilən 2014-cü ilin son plenar iclasında Azərbaycanla bir sıra ölkələr arasında sazişləri təsdiq edib.
Əvvəlcə "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair" Saziş səsə qoyularaq təsdiq edilib.
Daha sonra "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə" Kredit Sazişi müzakirə edilib. Müzakirələrdən sonra saziş Milli Məclis üzvləri tərəfindən təsdiq edilib.
Bundan əlavə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə təsdiq olunub. Komitə sədri Səməd Seyidov Azərbaycan Respublikası və İran İslam Respublikası arasında imzalanan sənədi təqdim edib. Bu sənəddə Azərbaycan və İran dövlətləri öz ərazilərində bir-birinin əleyhinə yönəlmiş cəhdlərin qarşısının alınmasına hazır olduqlarını bir daha bəyan edilib.
Daha sonra "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında" Memorandum təsdiq edilib.
Milli Məclis üzvləri, həmçinin Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokolunun, Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, "Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında" Birgə Bəyannamənin və "Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrini təsdiq ediblər.
- 15-02-2019 16:30 Əmanətlərlə bağlı qanun layihəsi Milli Məclisə çıxarılır
- 15-02-2019 16:25 Avropa İttifaqının rəsmiləri Bakıya gəlir
- 15-02-2019 11:44 AİP qanlı terror aktını kəskin pislədi
- 14-02-2019 10:09 İtaliya vətəndaşı Azərbaycan xalqından üzr istəyib
- 13-02-2019 14:59 İsgəndər Həmidov Qarabağ Komitəsindən getdi
- 13-02-2019 08:50 Prezident: Aprel döyüşləri Ermənistanın yaratdığı mifi darmadağın etdi
- 12-02-2019 19:25 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
- 12-02-2019 14:32 AİP Səudiyyədə 6 yaşlı körpənin başının kəsilməsinə etiraz etdi
- 12-02-2019 14:27 AXH təmsilçiləri Avropa İttifaqının səfiri ilə görüşdü
- 12-02-2019 14:06 Parlament bələdiyyələrlə bağlı illik məruzəni qəbul edib
- 12-02-2019 09:24 14 müxalifət partiyasının rəhbərliyi xüsusi toplantı keçirib
- 12-02-2019 09:11 Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
- 12-02-2019 08:36 İran səfirliyi Azərbaycanda İran İslam İnqilabının 40-cı il dönümünü qeyd etdi
- 10-02-2019 11:45 İlham Əliyev İran xalqını təbrik etdi
- 09-02-2019 11:55 İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
- 08-02-2019 19:51 Prezident İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı
- 08-02-2019 14:52 Gürcüstanda azərbaycanlıların aksiyası başlayıb
- 08-02-2019 12:36 İran səfiri: İki ölkə arasında ayrılıq salmaq istəyənlər var
- 08-02-2019 11:22 Xəzər məsələləri üzrə ilk iclasinin tarixi məlum olub
- 08-02-2019 09:32 Vətəndaş qəbulunda nöqsan edən qurumlar - SİYAHI
- 07-02-2019 11:40 İşğal olunmuş torpaqlarımızda qondarma rejimlər futbol çempionatı keçirəcək
- 07-02-2019 10:12 Azərbaycan XİN ukraynalı telejurnalistin adını "qara siyahı"dan çıxarıb
- 06-02-2019 15:33 KTMT: Qarabağda gərginlik azalıb
- 05-02-2019 22:31 Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb
- 05-02-2019 17:17 Gürcüstan parlamentində Qarabağ separatçısına büstün qoyulmasına etiraz edilib