Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2014
16:52
Sürücülərin nəzərinə: BENZİN UCAZLAŞMAYACAQ! - SƏBƏB

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarlarında neftin ucuzlaşması fonunda ölkədə benzinin ucuzlaşmamasına münasibət bildirib.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib ki, Azərbaycanda istehsal edilən “Aİ-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

Vitse-prezident bildirib ki, SOCAR ölkə daxilində benzinin pərakəndə satışından çox az miqdarda gəlir əldə edir: “Bu vəsait də gəlir vergisinin ödənilməsinə yönəldilir. Bundan başqa, SOCAR qonşu dövlətlərlə neft və neft məhsullarının qiymətini müqayisə edib. Bu qiymətlərin içində vergilərin həcmi müəyyən edilib. Məlum oldu ki, Azərbaycanda neft məhsullarının qiyməti daha aşağıdır, vergilər həcmi isə daha yuxarıdır. Bütün bunları nəzərə alaraq, məlum olur ki, benzinin qiymətinə hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac yaranmır. Ölkə daxilində manatın qiymətdən düşməsində heç bir problem yoxdur, camaatın aldığı maaşda heç bir dəyişiklik yoxdur. Təbii, dövlət sabah qərar qəbul etsə ki, yanacağın qiymətinə baxılsın, bu halda bu qiymətlərə baxıla bilər”.

Ölkəyə gətirilən benzinin qiymətinin aşağı salınması məsələsinə toxunan S. Qasımov bildirib ki, “Aİ-95” və “Aİ-98” markalı benzin dövlət tərəfindən tənzimlənmir: “Bu markadan olan benzini bəzi şirkətlər gətirir. Bu baxımdan ölkəyə gətirilən benzinin də öz xərcləri var. Burada da bu yanacağın ölkəyə gətirilməsinin maya dəyəri nəzərə alınmalıdır”.apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
21038

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19628

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20548

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
26081

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20541

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20711
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2020 00:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru