Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Dekabr

2014
10:08
2015-ci ildə yollarda yeni pilotsuz avtomobil görünəcək - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Google kompaniyası özünün yeni pilotsuz avtomobilinin prototipini hazırlayıb.

Yayılan pres-relizdə bildirilir ki, kompaniya bütün sistemləri birləşdirərək, tam funksiyalı nəqliyyat vasitəsi olan pilotsuz avtomobilin ilk prototipini yaradıb.

İlk 100 nümunədə cəmi 2 düymə var: start və stop. Avtomobil həmçinin  GPS, videokamera və müxtəlif sensorlarla təchiz olunub.

«Bizim avtomobillərin nə sükanı, nə əyləc, yaxud qaz pedalı olmayacaq. Çünki bu lazım deyil. Bizim  təminat proqramımız və sensorlar bütün bu işləri görəcək», - deyə Google-nin nümayəndəsi Kris Urmson hələ may ayında gələcək avtomobilin ilk anonsunu verərkən bildirmişdi.

Google-nin avtopilotlu maşınlarının gələn il Şimali Kaliforniya yollarında testə başlanacağı düşünülür. Qeyd edək ki, avtomobilin içində bütün ənənəvi idarəetmə orqanları olacaq ki, lazım gələrsə salonda olan təcrübəçi nəqliyyat vasitəsində vəziyyəti nəzarətə götürsün.

Yeri gəlmişkən bildirək ki, Google bu bazarda yeganə deyil: Ford, Nissan, Toyota və Tesla da avtopilot texnologiyası üzərində çalışırlar.



Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 13:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com