Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2014
16:12
Avropa Məhkəməsi Gəncənin sabiq polis rəisinin xeyrinə qərar çıxardı

Avropa İnsan Hüquqları Məhkəməsi Gəncə şəhərinin keçmiş polis rəisi Natiq Əfəndiyevin xeyrinə qərar çıxarıb.

Qurumun saytında yerləşdirilmiş məlumatda deyilir ki, məhkəmə Natiq Əfəndiyevin “ədalətli məhkəmə araşdırması” hüququnun pozulduğu qənaətinə gəlib.

Məhkəmənin qərarına görə, Azərbaycan hökuməti Natiq Əfəndiyevə 4,500 avro həcmində kompensasiya ödəməlidir.

"Turan" xatırladır ki, N.Əfəndiyev ilk dəfə 2000-ci ildə dövlət çevrilişinə cəhd (1994-cü il Gəncə hadisələri) ittihamı ilə həbs edilib və ömürlük cəza alıb. Avropa Məhkəməsinin israrı ilə 2005-ci ildə o, əfv olunub. Lakin bir neçə ay sonra parlament seçkiləri ərəfəsində qanunsuz silah saxlamaq ittihamı ilə yenidən 5 il müddətinə həbs edilib.

Qeyd edək ki, həmin dövrdə parlamentin keçmiş spikeri Rəsul Quliyevin Azərbaycana qayıtması gözlənilirdi və Natiq Əfəndiyev onun namizədliyini dəstəkləyən Demokrat Partiyasının üzvü idi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3652

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2708

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2112

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1826
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 09:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru