Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2014
12:59
Yol polisi sərxoş qadın sürücülərin adını niyə açıqlamır ?

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin son reydləri zamanı paytaxtda 10 sərxoş qadın sürücü saxlanılıb Onların bəzilərinin müvafiq sənədləri qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlər olub.

İdarənin bölmə rəisi Vaqif Əsədov isə sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol-nəqliyyat hadisəsi baş verdiyini bildirib.

Modern.az sərxoş sürücülərin adları öyrənməyə çalışsa da, Vaqif Əsədov bu haqda məlumatı vermək istəməyib, qeyd edib ki, adları açıqlamaq etik baxımdan düzgün sayılmaz.

Ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynov isə adların açıqlanmasında heç bir problem görmür.

Onun sözlərinə görə, məlumat azadlığı olduğundan hüquq pozuntuları ilə bağlı məlumatlar məxfi deyil: “Hüquq pozuntuları ilə bağlı məlumatlar yayımlana bilər. Lakin əgər sırf etik baxımdan bu məlumatlar ictimaiyyətə açıqlanmırsa, onları da başa düşmək olar. Bu fikri xoşlamasam da deyirəm ki, Azərbaycanda mentalitet anlayışı bəzən belə məlumatları yaymağa imkan vermir. Həmin qadınların da adları ona görə açıqlanmır ki, onun ailəsi, yaxınları nəzərə alınır. Lakin qanunvericilikdə onların adlarının açıqlanmaması üçün heç bir məhdudiyyət qoyulmur”.

Ərşad Hüseynov deyib ki, əgər bu hadisə ictimai məsuliyyət daşıyırsa, mətbuat da bununla maraqlanırsa, məlumat verilə bilər: “Şəxsi, ailə, kommersiya, bank sirri, dövlət sirri məxfidir və bu məlumatlar yayımlana bilməz. Yaxud məhkəmə prosesində istifadə olunacaq məlumatlar sonradan məhkəmə prosesində çətinlik yaratmaması üçün əvvəlcədən açıqlanmır. Amma sərxoş qadın sürücülərinin adlarının açıqlanmasında heç bir problem yoxdur”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4436

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3037

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2426

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2035
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 15:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru