Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2014
18:51
Bakı metrosunda görünməmiş təhlükəsizlik tədbiri - FLAŞ

Dekabrın 15-də Bakı metropoliteninin stansiyalarında sərnişinlər xüsusilə diqqətlə yoxlanıb. Maraqlıdır ki, “20 Yanvar” stansiyasında olan ticarət köşklərinin işləməsini də icazə verilməyib. Buna baxmayaraq “20 Yanvar” stansiyasına keçiddə böyük izdiham yaşanıb. Bunun səbəbi isə stansiyanın giriş qapılarından yalnız birinin açıq saxlanılması olub. Metropolitendə Baş Polis İdarəsinin rəis müavini Kamal Şirinov vesti.az saytının müxbirinin “nə baş verir” sualına belə cavab verib: “Qapılardan yalnız birini ona görə açmışıq ki, sərnişinlər stansiyaya bir-bir daxil olsun və onları yoxlaya bilək. Kimsə yoxlanılmadan stansiyaya daxil ola bilməsin. Bu, sərnişinlərin özlərinin təhlükəsizliyi üçün atılan addımdır və baş verə biləcək  terror aktlarının qarşısını almağa hesablanıb”. 

Dekabrın 14-də isə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS-in “Hesabat” proqramına verdiyi müsahibədə ölkədə stabilliyi pozmaq istəyən qrupların olduğunu deyib. Bildirib ki, anti-azərbaycançı mövqeli qüvvələrin maraqlarından çıxış edən həmin qruplar ölkədə stabilliyi pozmaq iqtidarında deyillər. İstər Ə.Həsənovun, istərsə də K.Şirinovun terror ehtimalına işarə etmələri Azərbaycanın radikal qrupların hədəfində olduğunu göstərir. Həmçinin bu ilin noyabrında “Yeni Müsavat”da dərc olunan bir yazını da xatırlatmağı diqtə edir. Həmin məlumatda bildirilirdi ki, İŞİD-ə və radikal dindarlara qarşı hökumət hazırlıqlara başlayıb. MTN, DİN və Respublika Prokurorluğunda şərti olaraq “anti-İŞİD” adlandırılan birgə qrup yaradılıb. Məlumatda o da deyilirdi ki, qrup digər dövlət orqanları ilə əlaqəli işləyir.

Rəsmi şəxslərin mümkün terror təhdidi ilə bağlı fikirlərinə münasibət öyrənmək “Trend” İnformasiya Agentliyinin direktor müavini, təhlükəsizlik eksperti Arzu Nağıyevə müraciət etdik. A.Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakı metropoliteninin bir neçə stansiyalarında, o cümlədən “20 Yanvar” və “Elmlər Akademiyası”nda Metropolitendə Baş Polis İdarəsi tərəfindən sərnişinlərin yoxlanması gücləndirilmiş iş rejiminə keçməklə bağlı deyil: “Düşünürəm ki, bu yoxlamaların konkret təxribatçı qruplarla bağlı əlaqəsi də yoxdur. Məlumdur ki, belə yoxlamalar mütəmadi olaraq keçirilir. Ümumiyyətlə belə tədbirlər bir sıra hallarda, o cümlədən əməliyyat-axtarış fəaliyyəti ilə bağlı da keçirilə bilər. Məhz belə tədbirlər keçirilən vaxt cinayət və digər məsuliyyətlərdən yayınanlar, ekoloji ziyanlı və yanğına səbəb ola biləcək maddələr daşıyanlar, eyni zamanda digər xırda cinayətkarlar da aşkarlanır”.

Sabiq təhlükəsizlik orqanı əməkdaşı dedi ki, hansısa qruplaşmaların üzvlərinin aşkarlanması üçün tək metropolitendə yoxlamalar keçirmək kifayət deyil: “Bu,ümumi plana uyğun keçirilən tədbirin tərkib hissəsi ola bilər. Yəqin ki, Metropolitendə Baş Polis İdarəsi də bu baxımdan hərəkət edir. Sadəcə olaraq yoxlama saatları sərnişin axınının həddən artıq pik vaxtında keçirildiyinə görə belə hallar daha tez gözə çarpır. Hazırda ilin sonudur, təhsil müəssisələrində tələbələrin sayının artdığı vaxtdır. Bu kimi faktorlar da səbəb kimi göstərilə bilər. Terror aktı məsələsinə gəldikdə isə belə təhdidlər tək metropolitendə deyil, hər yerdə ola bilər, məhz buna görə də hər yerdə yoxlamalar keçirilə bilər. Bilirsiniz, ingilislərin bir deyimi var: “Təhlükəsizlik tədbirləri nə qədər baha başa gəlirsə də, bu, ona dəyir”. Məncə belə şeylərə siyasi rəng vermək və vahimə yaratmaq düzgün deyil”.

Məsələ ilə bağlı MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevə də müraciət etdik. A.Babayev bildirdi ki, Azərbaycan respublikasının milli maraqlarına, mənafelərinə, təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
220

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
231

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
241

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
316

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
245

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
288

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
485

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
400
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 04:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru