ŞOK olay: bacısını vuran sürücüdən pul alan qardaş həbs olundu" /> ŞOK olay: bacısını vuran sürücüdən pul alan qardaş həbs olundu

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2014
21:24
ŞOK olay: bacısını vuran sürücüdən pul alan qardaş həbs olundu
Aldığı pulla maşın əldə edən qardaş özü başqa bir piyadanı vurduğu üçün 7 il «iş» alıb

Bakıda hər kəsi təəccübləndirən və təəssüfləndirən ibrətamiz olay baş verib. Avtosfer.az-a məlumat verən şəxslər adlarının çəkilməsini istəməyiblər. Olay bir neçə il öncə Xətai rayonunda baş verib. «Toyota Prado» markalı avtomobil bir qızı vurub. Qız aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sürücü məsuliyyətə cəlb olunub. Sonradan sürücünün yaxınları zərərçəkənin ailəsinə minnətçi düşüb və yalvar-yaxardan, yağlı vədlərdən sonra onlar şikayətçi olmadıqlarını bildiriblər. Daha doğrusu, mərhumun valideynləri şikayətçi olublar, sürücünün ən sərt qaydada cəzalanmasını istəyiblər. Amma qızın qardaşı Kamran (əsl adını etik səbəblərə görə yazmırıq-red.) bacısını vuran sürücünün yaxınları ilə razılığa gəlib. Onlar Kamrana Bakıda iki yerdə ev alıblar, xeyli pul da veriblər. Həmin pulla Kamran özünə avtomobil də alıb. Onun valideynləri Kamranı bu hərəkətlərinə görə tənbeh edərək «bacının qanından pul qazandın» deyib evdən qovublar. Bir müddət kef-damaq məclislərində əylənən Kamran bu hadisədən 1 il 6 ay sonra haram pulla aldığı avtomobillə piyadanı vurub öldürdüyü üçün həbs olunub. Məhkəmənin qərarı ilə Kamrana 8 il həbs cəzası verilib.

Onun tanıyanlar bildirirlər ki, Kamran artıq 3 il 6 aydır həbsdədir. O, cəzasının azaldılması üçün valideynlərindən kömək istəyib. Hətta, bacısının qanı bahasına aldığı evlərin satılması və ona köməklik edilməsi üçün valideynlərinə sifariş göndərib. Lakin valideynləri onun bu təklifini rədd edərək «get, cəzanı çək» deyiblər.

Bu hadisənin üstündən 3 ildən çox vaxt keçsə də, bunun ictimaiyyətə çatdırmağı qərara aldıq. Hadisədə ölən qızın, onun qardışının adı bizə bəldidir. Hətta, hadisələrin harada baş verdiyini də öyrənmişik. Sadəcə, etika xatirinə çox dərinə getmədik. Kimlərsə inciməsin, kimlərsə küsməsin. Bu bir reallıqdır və təəssüflər olsun ki, cəmiyyətdə geniş yayılmağa başlayıb. Amma unutmayın ki, Kamranın başına gələnlər bu yolla var-dövlət qazanan hər kəsin başına gələ bilər…

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18890

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17527

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18862

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18432

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23981

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18426

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18560
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 22:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru