Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2014
11:54
Taksi sürücüləri üsyan edir

“Bizi işləməyə qoymurlar. Ailəmizə bir tikə çörəkpulu aparırıq, onu da qazanmağa imkan vermirlər. Birdəfəlik bunun bir yolunu tapsınlar. Ya bizə bir yer təklif etsinlər, ya da uyğun ərazidə yer ayırsınlar ki, müştəri də bizi tapmaqda çətinlik çəkməsin. Artıq neçə gündür ki, polis bizə bu ərazidə dayanmağı qadağan edib. Bilmirik ki, hara gedək. Belə dərd olar, qardaş. Başımıza bəla olublar”.

Bu sözləri metronun “Neftçilər” stansiyası yaxınlığında çalışan bir qrupu taksi sürücüsü dedi. Onların sözlərinə görə, polis avtobus dayanacağı yaxınlığında dayanmağa imkan vermir. Sürücülər bildirirlər ki, 8-ci kilometr bazarı yanında belə bir qadağa yoxdur və onlara qarşı ayrı-seçkilik edilir. 

Sürücülər deyirlər ki, onların çörək pulu bu yerdən çıxır və müştərilər da onları axtarıb tapmaqda əziyyət çəkmir. Son günlər isə taksi sürücülərinin ərazidən uzaqlaşdırılmasına  görə onlar işləməyə yer tapmırlar: “Bəs hara gedək? Bizim çörəyimizə bais olublar. Əvvəl Nəqliyyat Departamentinin əməkdaşları göz verib, işıq vermirdilər. İndi də polis dayanmağa icazə vermir. 

Avtobus dayanacağında taksi saxlamaq qadağandır. Bunu başa düşdük və ərazi açıldı. Amma qanunda var ki, avtobus dayanacağından 15 metr aralıda taksi saxlamaq olar. Buna da icazə verilmir. Neçə gündür ki, bizi işsiz qoyublar. 

Neçə illərdir fəaliyyət göstərdiyimiz dayanacaqda maşın saxlamağımıza imkan vermirlər. Amma bizdən bir dayanacaq əvvəldə nə qədər taksi var. “Qara Qarayev” metrosunun girişində dayanan taksilər var". 

Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl “Neftçilər” metrostansiyası yaxınlığındakı ticarət mərkəzinin qarşısında da avtomobil saxlamaq qadağan edilmişdi. Polis əməkdaşları ilə ticarət obyektlərinin sahibləri arasında əldə edilmiş razılıqdan sonra avtomobillərin saxlanmasına izn verilirdi. Ancaq yenidən problem qaldırılıb və sürücülər taksiləri harada saxlayacaqlarını bilmirlər. Sürücülər aidiyyəti qurumlara müraciət edərək onlara işləmək üçün şərait yaradılmasını xahiş edirlər. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20207

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18812

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20157

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19738

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25271

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19726

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19881
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 21:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru