Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2014
17:13
Bakıda polis zabiti xüsusi amansızlıqla qətlə yetirildi - YENİLƏNİR

Bu dəqiqələrdə Xocasəndəki mənbələrdən aldığımız məlumata görə, hadisənin baş verdiyi ərazi polis mühasirəsindədir, qəsəbəyə giriş-çıxış bağlanıb, hadisə yerinə onlarla polis maşını cəlb olunub.

Qətlə yetirilən polisin kimliyini hələ rəsmən dəqiqləşdirmək mümkün olmayıb.

Virtualaz.org saytının əməkdaşı təcili hadisə yerinə ezam olunub və yaxın dəqiqələrdə əlavə məlumatları çatdırmağa çalışacağıq.

*   *   *16:10

Bu dəqiqələrdə aldığımız məlumata görə, Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində polis zabiti bıçaqlanaraq qətlə yetirilib.

Məlumatı virtualaz.org saytına həmin qəsəbədə yaşayan və hadisənin şahidi olan sakinlərdən biri verib. Hazırda cinayətin baş verdiyi ərazi polis mühasirəsindədir, polis zabitinin kim tərəfindən və hansı səbəblərdən bıçaqlandığı məlum deyil. Şahidlərin bildirdiyinə görə, qətlə yetirilən şəxs bölmə rəisidir, onun 40-cı polis bölməsinin rəisi olduğu bildirilir. Lakin bu fakt hələ tam təsdiqini tapmayıb.

Virtualaz.org saytı məlumatı dəqiqləşdirmək üçün Binəqədi Rayon Polis İdarəsi, rayon prokurorluğu ilə telefon əlaqəsi saxlayıb. Lakin zənglərimizə cavab verən əməkdaşlar onlarda belə məlumatın olmadığını, DİN-in mətbuat xidmətinə müraciət etməyimizin lazım olduğunu bildirdilər.

DİN-in mətbuat xidmətinin rəisinin müavini Ehsan Zahidov əvvəlcə onlarda belə məlumatın olmadığını, araşdıracaqlarını dedi. Daha sonra E.Zahidov bildirdi ki, 40-ci polis bölməsinin rəisinin bıçaqlandığı haqda deyilənlər yalandır.

Bununla belə bıçaqlanan şəxsin kimliyini hələlik DİN-lə dəqiqləşdirmək mümkün olmayıb.

Xocasən sakinlərindən aldığımız məlumatda isə deyilir ki, polis zabiti ilə bir qrup sakin arasında münaqişə yaranıb və sakinlərdən biri onu bıçaqlayıb. Təfərrüatları dəqiqləşdiririk.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3348

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2672

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2223
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 10:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru