Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2014
09:57
Polisi arxasıyla “sürüyən” “avtoş”la bağlı açıqlama - VİDEO

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Əsədov sosial şəbəkələrdə yayılmış “avtoş”un DYP əməkdaşı ilə necə qaçdı-qovdu oynadığı görüntüləri ilə bağlı açıqlama verib.

Vaqif Əsədov oxu.az-a bildirib ki, bunula bağlı araşdırma aparılacaq və sürücü məsuliyyətə cəlb olunacaq. 

“Təbii ki, avtomobili yüksək sürətlə idarə edən, təhlükəli manevrlə YPX əməkdaşından yayınmağa çalışan sürücü, yol polisi tərəfindən təqdim edilmiş raport əsasında mütləq tapılıb məsuliyyətə cəlb olunacaq. Sürücünün bu əmələrinin texniki vasitə ilə yayılması sürücünün aşkar edilib məsuliyyətə cəlb olunmasına əsas verir”.

V.Əsədov qeyd edib ki, sürücü avtoxuliqanlıq əlamətlərinə yaxın xətta törədib: “Sujetdən sürücünün təhlükəli manevrlər etməsi və avtomobili sürətlə idarəsi avtoxuliqanlıq əlamətləri olan xətaları törətdiyi görünür”. 

BDYP şöbə rəisi gənclərə yayımlanan video ilə bağlı çağrış edib: 

“Bu, ölmək deməkdir, bunun kimi hallar sürücünün məsuliyyətə cəlb edilməsinə əsas verir. Yol polisinin "saxla" əmrinə tabe olmayan sürücünün məqsədi nədir? Bu qəhrəmanlıq deyil, ağılsızlıqdır. Avtoxuliqanlıq əmələrini internetdə yayımlaqla sürücü özünü qəhrəman hesab edir, ama onun qəhrəmanlığını bu törətdiyi əməli ilə əlaqədar aldığı cəzada görəcəksiz. Bu gün internetdə qəhrəmanlıq edən sürücünü sabah məhkəmə qarşısında görsəniz dəhşətə gələrsiz”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4396

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3021

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 09:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru