Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2014
12:06
2395
Azad Suriya Ordusunun başçısı Türkiyəyə qaçdı
Başsız qalan ordu Hələb şəhərini tərk edib

FaktXəbər-in məlumatına görə, Azad Suriya Ordusunun 14 min üzvünün Suriyanın Hələb şəhərindən çəkildiyi, liderləri Camal Mərufun isə Türkiyəyə qaçmasını Ankaradakı yüksək səviyyəli təhlükəsizlik mənbələri təsdiqləyib.

Bu barədə Türkiyənin "Radikal" qəzetində yazan Murat Yetkinə danışan və adının açıqlanmasını istəməyən mənbə, "Doğrudur, Camal hazırda Türkiyə hakimiyyətinin qonağıdır" - deyib, ancaq hansı şəhərdə olduğu məlumatını verməyib. 14 min ASO döyüşçüsünün Türkiyəyə keçib-keçmədiyi, keçibsə nə qədərinin keçdiyi məsələsində isə suallar cavabsız qalır. Sadəcə o məlumdur ki, Hələb ilə Türkiyə sərhədi arasında qalan sahədəki ASO bazaları dağıdılıb.

Hələbin şimal hissəsi Bəşər Əsədə sadiq qüvvələr tərəfindən, bir hissəsi də Əhraruş-Şam və daha kiçik qrupların nəzarətindədir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 15:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com