Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2014
12:42
1824
Qəzadan sonra buxarlanan pilotsuz təyyarə hazırlanıb - FOTO

ABŞ/ FaktXəbər-in verdiyi məlumata görə, NASA alimləri dünyada ilk dəfə olaraq göbələk və bakteriyadan bioparçalanan  pilotsuz təyyarə hazırlayıb. Bioloji uçan aparatın əsas üstünlüyü onun qəza zamanı özündən sonra iz qoymamasıdır.

Amerikanın Stenford, Braun və  Spelman  kolleclərindən olan alimlərin hazırladığı model cari ayın əvvəllərində Bostonda genetik mexanizm mühandislərinin Beynəlxalq  yarışında uğurlu sınaq həyata keçirmişdi.

Yeni ixtiranın xüsusi xidmət orqanları üçün əsl tapıntıya çevriləcəyi düşünülür. Çünki qəzadan sonra o, özündən sonra iz qoymur: dağıntılar  gölməçəyə çevrilir, sonra isə yoxa çıxır.

Dronun yaradıcıları bildirirlər ki, uçuş aparatının hissələri  tədricən «əriyir»: «Heç kəs anlamayacaq ki, yerə su tökülüb, yoxsa, təyyarə qalıqlarıdır».

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 07:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com