Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2014
09:22
Qəza törədən sürücü qaçarkən yol polisinin vurub - FOTO

Nərimanov rayonunda avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən yol polisi əməkdaşını avtomobillə vurub.  VAZ-2107 markalı avtomobil Ağa Nemətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönərkən başqa bir avtomobilə çırpılıb. Ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşı Yaşar Qocalı hadisə yerindən qaçmaq istəyən “VAZ-2107”-nin sürücüsünə “saxla” əmri verib. Əmrə tabe olmayan sürücü polis əməkdaşını maşınla vurub. Kәllә-beyin travması almış DYP əməkdaşı Kliniki Tibbi Mәrkәzә çatdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsinin rəisi İlqar İbrahimovun APA-ya verdiyi məlumata görə, bundan sonra hadisə yerindən uzaqlaşmağa çalışan sürücünü saxlamaq üçün elə həmin küçədə süni tıxac yaradılıb. Tıxacda qalan sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3771

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2754

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2182

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1862
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 09:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru