Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2014
10:26
1936
“PES-2015”ə “Qarabağ” da daxil edilib - VİDEO

PES-2015 futbol simulyatorunun rəsmi satışa çıxacağı ərəfədə “Konami” şirkəti oyun həvəskarlarının diqqətini cəlb etməyə davam edir.

"FaktXəbər" qoal.az-a istinadən xəbər verir ki, artıq şirkətin rəsmi “Facebook” hesabında yeni oyunun rəsmi təqdimatına nə qədər vaxt qaldığını əks etdirən şəkillər paylaşılıb.

Yaponlar əsas rəqibləri olan “EA Sports”u üstələmək üçün yeniliklərdən istifadə etməyə çalışıblar. “Konami" rəqibindən fərqli olaraq daha böyük diqqətini ideal parıltı və oyun prosesinə yönəldib.

Simulyar yeni oynamağa başlayanlar üçün xeyli asanlaşdırılıb. PES-2015-də zərbələr, birə-bir mübarizə və driblinq sistemi daha da təkmilləşdirilib. Bu oyuna Azərbaycan futbolunda növbəti tarixi yazan “Qarabağ” da daxil edilib.

PES-2015-in milyonlarla həvəskarı onun FİFA-2015-dən daha real olacağından əmindir. Bu ikili arasındakı mübarizə BMW - “Mercedes” və “Apple” - "Samsung" arasındakı mübarizədən heç də geri qalmır. Qeyd edək ki, PES-2015-in üz qapağında Almaniya millisi və “Bavariya”nın futbolçusu Mario Götzenin fotosu olacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
614

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru