Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2014
17:48
Azərbaycanda `avtoş`luq edən polisə CƏZA KƏSİLDİ

Azərbaycanda avtoxuliqanlıq etdiyinə görə işdən qovulan polis əməkdaşı barəsində məhkəmə qərarı açıqlanıb.

FaktXəbər “Report.az”-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayının keşmiş əməkdaşı, polis çavuşu Fərhadov Peyman Fərhad oğlu 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və o, 500 manat miqdarında cərimə olunub.

Xatırladaq ki, P. Fərhadov metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “VAZ 2107” markalı, dövlət nömrə nişanı olmayan avtomobili ilə yolun əks istiqamətinə çıxmaqla sürüb. O, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb. P.Fərhadovu idarə etdiyi avtomobilin təkəri çıxdıqdan sonra saxlamaq mümkün olub.

Araşdırma zamanı onun polis əməkdaşı olduğu üzə çıxıb. P.Fərhadov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə iş qaldırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3348

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2672

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2223
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru