Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2014
15:20
Kərbəla Ziyarəti ilə əlaqədar İraq səfirliyi açıqlama verdi

İraq Daxili İşlər Nazirliyinin bugünkü açıqlamasında, ancaq məhdud sayda ölkələrdən Ərbəin günü gələcək zəvvarlara viza veriləcəyi bildirilirdi. Viza ala biləcək ölkələr sırasına Azərbaycanın adının daxil edilməməsi Kərbəlaya yola düşən və düşməyə hazırlaşan vətəndaşlarımız arasında narahatlıq yaratmışdı. Məsələ ilə əlaqədar Maide.az-a açıqlama verən İraqın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əhməd Cassim bildirdi ki, narahatlığa əsas yoxdur: "Bu açıqlama Daxili İşlər Nazirliyinin göstərişi ilə bağlıdır. Əgər viza ilə bağlı hər hansı bir məhdudiyyət olarsa, bu barədə İraq Xarici İşlər Nazirliyindən bizə təlimat gəlməlidir və biz belə bir təlimat almamışıq. Azərbaycan vətəndaşları əvvəlki qaydada olduğu kimi yenə də viza ala bilərlər. Biz dünən 200 nəfərə viza vermişik. Əgər hər hansı bir qadağa olarsa, bu barədə Azərbaycan ictimaiyyətinə məlumat açıqlanacaq."

******

İraq Daxili İşlər Nazirliyi yayımladığı bir elanla Kərbəla və Nəcəf başda olmaqla ölkə daxilində İmam Hüseynə (ə) tutulan matəm mərasimlərini ərbəin sona çatana qədər xarici ölkələrdən gələcək ziyarətçilərə qadağan edib.

FaktXəbər-in məlumatına görə, elanda bildirilir ki, sadəcə İran, Livan və Körfəz Ərəb ölkələrinin vətəndaşları Ərbəin mərasimlərinə qatıla biləcəklər. Digər ölkə vətəndaşlarının - Amerika, Avropa və Şərq Asiyadan gələnlərin Ərbəin mərasimləri bitənə qədər bu ölkəyə girişi qadağan olunub.

İraq dövləti bildirir ki, bu cür tədbirlərlə xarici ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışır. 

Qeyd edək ki, təhlükəsizlik tədbirlərinə səbəb İŞİD başda olmaqla təkfirçi terror qrupları müqəddəs məkanları ziyarət edəcək zəvvarları təhdid etmişdi.

Məlumatda əlavə olaraq bildirilir ki, İraq və Suriyada Nusra və İŞİD kimi terror təşkilatlara qoşularaq müsəlmanların can, mal və ismətinə əl uzadan kafirdən də betər varlıqlar daha çox Çeçenistan, Səudiyyə Ərəbistanı, İordaniya, Türkiyə, Misir, Fələstin, Liviya, Livan, Tunis, Azərbaycan, Almaniya, İndoneziya, İngiltərə, Amerika, Avropa və Asiya ölkələri vətəndaşlarından ibarətdir.

Mövzuyla əlaqədar açıqlama verən "Fratul Avsat" əməliyyat komandiri Osman əl-Qənimi belə deyib: "Bu il Kərbəlanı qorumaq üçün 25 min təhlükəsizlik işçisi xidmət edəcək. Kərbəla ilə başqa yerləri bir-birinə bağlayan yollara da hava qüvvələri tərəfindən nəzarət ediləcək və həmçinin könüllülərdən ibarət qüvvələr də Aşura mərasimlərinə qatılaraq vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün çalışacaqlar."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
21008

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19603

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20962

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20513

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
26046

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20516

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20681
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 22:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru