Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

27 Oktyabr

2014
12:05
1889
İcra başçısı Əhəd Abıyev gəzinti üçün motosiklet alır (FOTO)

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq millət vəkili Əhəd Abıyev motosiklet axtarışına çıxıb. FaktXəbər-in məlumatına görə, "avtosfer"in əməkdaşı bir neçə gün öncə icra başçısının fotolarını Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki «Suzuki» motosiklet mağazasında çəkib. Əhəd Abıyev müxtəlif modelli motosikletlərlə maraqlanıb.

Qeyd edək ki, həmin salonda satılan motosikletlərin dəyəri 5 min manatdan yuxarıdır.

Əhəd Abıyev açıqlamasında bildirib ki, motosiklet almayıb, amma almaq fikrindədir: «Daşkəsəndə dağlara maşınla qalxmaq olmur. Rayonda gedən abadlıq-quruculuq işlərinə nəzarət etmək üçün çox yerə özüm gedib baş çəkirəm. Elə yer var ki, ora maşınla çıxmaq heç cür mümkün deyil. Ona görə də, maraqlanıram görüm, bu motosikletlərdən hansısısa bizim işimizə yarayırsa, onu alım. Dörd təkəri olanlar xoşuma gəldi. Baxaq görək, hansını alaq ki, işimizə yarasın».

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru