Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2014
09:05
1035
“Qarabağ” Avropa Liqasında tarix yazan ilk Azərbaycan klubu olub

Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Dnepr"ə minimal hesabla qalib gələn “Qarabağ" tarixi ilklərə imza atıb.

İlk dəfə qitə miqyası 2-ci dərəcəli klub turnirində mübarizə aparan Ağdam təmsilçisi qrup mərhələsində qələbə qazanan yeganə Azərbaycan klubu kimi tarixə düşüb.

Bundan başqa, Qurban Qurbanovun yetirmələri qrup mərhələsində səfərdə 3 xala sevinən birinci Azərbaycan komandası olub.

Matçın 21-ci dəqiqəsində rəqibi cəzalandıran Makedoniyalı yarımmüdafiəçi Muarem Muarem "Qarabağ"ın tarixinə düşüb.

Qeyd edək ki, "Qarabağ" məhz Muaremin "Tvente"yə vurduğu qol sayəsində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
44

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
749

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
53

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
36

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
118

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1862
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru