Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2014
14:12
Keçmiş NİDA-çı: `Müxalif qüvvələrə qoşulmaqla səhv etdiyimi anladım`

Əfv sərəncamı ilə azad edilən NİDA vətəndaş hərəkatının keçmiş üzvü Elsevər Mürsəlli müxalif qüvvələrə qoşulmaqla səhv etdiyini bildirib. Prezident İlham Əliyevə və ailəsinə təşəkkür edən E.Mürsəlli törətdiyi əmələ görə peşman olduğunu deyib: “Öz cinayət əməlimə görə həbs olunmuşdum. Narkotik maddə ilə tutulmuşdum. Törətdiyim əmələ görə peşmanam. Müxalif qüvvələrə qoşulmuşdum və indi səhvimi başa düşmüşəm. Könüllü olaraq müxalifyönlü qüvvələrdən imtina edirəm, Prezdent İlham Əliyevin siyasətini dəstəkləyirəm. Buradan çıxandan sonra Heydər Əliyevin məzarını ziyarət edəcəyəm və Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edəcəyəm”.

E.Mürsəllinin atası Nəsrəddin Şahbuzov da Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib: “Elsevər gənc olduğu qədər də təcrübəsizdir, onun siyasətə qoşulması da bizim üçün gözlənilməz idi. İndi o səhvini başa düşüb” Trend.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
454

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru