Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

17 Oktyabr

2014
15:33
1327
Bəhram Bağırzadə Foqtsdan danışdı

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan futbolunu dərindən izləyən, futbol azarkeşi olan gülüş ustası Bəhram Bağırzadə də Foqtsun gedişinə özünəməxsus şəkildə şərh verib:

"Foqts çoxdan getməli idi. O, millimizi bataqlığa sürükləyirdi. Biz ona çoxdan "auf wiedersehen" deyib yola salmalı idik. 

Azərbaycanın gözü Qurban Qurbanova yönəlib. Ən ideal variant bu an üçün Qurbandır. Qurban çox qeyrətli, tərbiyəli oğlandır. 

O gəlsin, amma "Qarabağ"ı atmasın. Hər iki postda mübarizə aparsın. Bu perspektiv onda var. Mən Qurbanın yerinə olsam, şərt qoyaram ki, Berti Foqtsa yaradılan şərait mənə də yaradılsın. Yalnız bu halda gələrəm. 

Foqts Azərbaycan futbolu üçün heç nə etmədi. Ancaq yalan dolu vədlər verdi".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:26

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru