Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2014
16:31
Sumqayıtlı qadın: `Polis məni yerə yıxaraq təpikləməyə başladı`

Sumqayıtda iki qadın polisin bölmədə onları döydüyünü iddia edir. Bu barədə döyülən qadın, Sumqayıt şəhər sakini, 37 yaşlı Lada Penkova deyib.

Qadın şikayətində bildirib ki, dünən saat 17 radələrində Sumqayıtda parkda iki nəfər tüfənglə sahibsiz itləri vurub. Bu zaman 28 yaşlı Aytən İsmayılova ilə buna etiraz edib. Qadınlar it vuranlar tərəfindən təhqir olunduqları üçün polis bölməsinə gediblər.

Lada Penkova bildirib ki, Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinə gediblər və şikayət ərizəsi yazmaq istəyiblər. Lakin orada sahə müvəkkili Fərəməz Bağırov tərəfindən təzyiqlərə məzuq qalıblar.

“Əvvəlcə Aytən İsmayılovanı itələdilər. Sonra Fərəməz Bağırov mənim başımı divara çırpdı. Daha sonra Aytən İsmayılovanı yerə yıxdılar. Əllərini tutdular. Daha sonra bir neçə polis onu təpikləməyə başladı”, - deyə Lada Penkov bildirib.

Məsələyə aydınlıq gətirmək üçün sahə müvəkkili ilə əlaqə saxladıq. Fərəməz Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, qadının dedikləri hamısı yalandı.

“Aytən İsmayılova dünən Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında durub işçiləri və polisləri təhqir edirdi. Onu tutub 4-cü bölməyə gətiriblər. Orada onun haqqında protokol tərtib edilib”, - deyə Fərəməz Bağırov bildirib.

Sahə rəisinin sözlərinə görə, sonradan Lada Penkova gəlib. Qadın başlayıb hay-küy salmağa ki, bəs Aytən İsmayılovanı buraxsınlar.

“Sonra Lada Penkova bizi şantaj etməyə başladı ki, onu döymüşük. Əslində Aytən İsmayılovanın psixi problemləri var. Evlərində 40-50 pişik saxlayır. Özü də qonşuları bezdirib. Valideynləri də onun əlindən zara gəliblər”, - deyə sahə rəisi vurğulayıb.

Fərəməz Bağırov sonda onu əlavə edib ki, heç vaxt vəzifəsindən sui-istifadə etməyib. Həmişə qanun keşiyində şərəflə dayanıb.

“Bura vəhşixana deyil. Vətəndaşların hüquqlarıı qoruyan bölmədir. Kim istəyir müraciət edir və şikayəti araşdırılır”, - deyə Fərəməz Bağırov vurğulayıb.ANS

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48278

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46327

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47956

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47566

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53149

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47194

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47590
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 11:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru