Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2014
17:33
Sürücülərin diqqətinə: YENİ QAYDALAR GƏLİR!

Bundan sonra notariuslar nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatlarla yanaşı, müvafiq icra hakimiyyəti orqanına əlavə məlumatlar da verəcək və bunu daha tez etməli olacaqlar.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı “Notariat haqqında” və “Yol hərəkəti haqqında” qanunlara müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur.

Hər iki qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatla yanaşı, fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatları da dərhal müvafiq icra hakimiyyəti orqanına göndərəcək.

Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı artıq 3 gün deyil, 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərməli olacaq.

“Yol hərəkəti haqqında” qanuna ediləcək digər dəyişikliklərə görə isə sürücülər avtomobillə hərəkətdə olarkən sadəcə özündən qabaqda gedən deyil, eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitələri ilə də lazımi ara məsafəsi saxlamalıdırlar. Belə ki, qanunun 5-ci maddəsinin III hissəsinə ediləcək dəyişikliyə görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Həmin maddənin IV hissəsində isə nəzərdə tutulur ki, yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə asta gedən, ağır yüklü və uzun nəqliyyat vasitələrinin sürücüləri eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20227

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18832

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20182

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19768

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25291

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19746

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19901
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 21:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru