Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Oktyabr

2014
08:50
1961
Bakılı sakin qonşusunun evini gülləbaran etdi: ŞOK TƏFƏRRÜATLAR - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Bakının Binəqədi rayonu ərazisində, "Elit" Ticarət Mərkəzinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı binada atışma olub.

Ağdamdan məcburi köçkünlər Ayxan və Rövşən adlı ata-bala qonşusu tərəfindən güllələnib. Onların Hicran adlı həmyerliləri tərəfindən güllələndiyi qeyd olunur. Məlum olub ki, indi baş verən hadisə bir müddətdir ki, davam edən "qan davası"nın davamıdır.

Qeyri-rəsmi mənbələrdən verilən ilkin məlumatlara görə, hadisəni törədən Hicran Səfərovun oğlunu bu şəxslər ramazan ayında bıçaqlayıblarmış. H.Səfərov qanuni şəkildə ərizə yazsa da, iddiaya görə, istintaq işə baxmayıb. Cinayətkar bu günə kimi azadlıqda imiş. Bu isə H.Səfərova bir ata kimi toxunub. Ona görə də, "qanun əgər baxmırsa, mən də onu vurmalıyam. Əgər qanun hamı üçündürsə, niyə o insan azadlıqda gəzir", - deyərək oğlunun qanını axıdanları gülləbaran edib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Şəkildə gördüyünüz şəxs Hicran Səfərovun oğludur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2018 18:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru