Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2014
15:22
2078
Qarabağda müharibə, Qafqazda isə hakimiyyət çevrilişi kimə lazımdır?

Həftənin əsas qalmaqalı “Reuters”, “New York Times” və “Foreign Policy”də yayımlanan şok məlumat olub. Məlumatda deyilir ki, guya Gürcüstan ərazisində suriyalı üsyançıların hazırlanması üçün tədris mərkəzi olacaq. Gürcüstanın baş naziri Qaribaşvili və ölkənin ABŞ-dakı səfiri Qeqeşidzenin rəsmi təkzibinə baxmayaraq, jurnalistlər dediyi sözləri geri götürməyib. Görəsən yalan və həqiqət nədən ibarətdir?

“Foreign Policy”, “Reuters”, “New York Times” və baş nazir Qaribaşvili haqlıdır. O qeyd edib ki, Gürcüstan hökuməti belə tədris mərkəzlərinin açılmasını Vaşinqton və NATO-ya təklif etməyib. Bu təklifi Gürcüstanın müdafiə naziri İrakli Asalaniya  sentyabrın 5-i NATO-nun Uelsdə keçirdiyi sammitində edib. 

Ona görə də ABŞ-ın müdafiə naziri Heygel evə yox, məhz Tiflisə üçüb ki, Asalaniyanın doğurdan da zarafat etmədiyində bir daha əmin olsun. Asalaniya Gürcüstanda birinci adam olmaq istədiyinə görə, ABŞ-ı hərtərəfli qane etmək istəyir. Həmçinin ABŞ Saakaşvilinin yenidən hakimiyyətə gəlməsi üçün “Azad Zona” Qeyri Hökumət Təşkilatına milyonlarla dollar pul ayırıb. 

Bu tarixlərə diqqət yetirin

23 sentyabr 2014-ci il: Tiflisdə polis "Azad nəsil" yeni Qeyri-Hökumət Təşkilatı üzvlərini saxlayıb. Səbəb onların  Pekin kücəsində yerləşən “Azad Zona” təşkilatının ofisi önündə etiraz aksiyası keçirməsi olub.  Halbuki Rustavelli prospektində “Azad zona”nın üzvləri  rus turistlərini təhqir edəndə, nədənsə polis heç bir reaksiya verməyib. 

24 sentyabr 2014-ci il: Nyu-Yorkda Saakaşvilinin tərəfdarları Gürcüstanın baş nazirinin qabağını kəsərək onu “Putinin qulu” adlandırıb.

25 sentyabr 2014-ci il: Jurnalist Oleq Panfilov Facebook-da Gürcüstanın birinci xanımına qarşı kampaniyaya başladı. Jurnalist sosial şəbəkədə onu geyiminə görə ələ salırdı.

Sual budur: sözügedən QHT-nin cəzasız qalmağına bu qədər əminlik və maliyyəsi hardandır.  Və nəyə görə, Gürcüstan hakimiyyəti buna dözür? Cavab sadədir: İqtidar ABŞ-a görə dozməyə məcburdur.  

Sübütu da budur: 2014-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı ABŞ prezidenti Barak Obama bildirib ki, bundan sonra təkcə Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi deyil, ümümilikdə ABŞ dövlətinin boynuna bir sıra vəzifələr düşəcək:

1. Müəyyən xarici ölkələrin ABŞ-ın maraqlarına qarşı cəhdlərinə etiraz edən vətəndaş cəmiyyəti qruplarına  yardım göstərib, yoldaşlıq münasibəti qurmaq lazımdır. Yəni “Azad Zona”ya kömək etmək. Gürcüstan hökumətini isə ABŞ-ın QHT-yə nə üçün və hansı məqsədlə kömək etdiyini maraqlandırmır.

2.  Bütün dünyada vətəndaş qruplarının təsirini gücləndirmək üçün yeni innovasiya mərkəzləri yaradılmalıdır ki, qrup vətəndaş cəmiyyətinin texnologiyasında bilik əldə etsin. Həmçinin vətəndaş qruplarına  zəruri olan maddi yardım göstərilməlidir ki, onlar öz ideyalarını həyata keçirə bilsin. Deməli Saakaşvilinin “Azad zona”sı yeni mərkəzlərin yaradılması üçün maliyə yardımı alacaq.  Orada öz ideyalarının  həyata keçirməsi üçün  təxribatçı texnalogiyalar üzrə təlimlər olacaq. Nəticədə, “Azad Zona” Qaribaşvilinin hakimiyyətini devirərək, yerinə Saakaşvilini gətirəcək.

3. Vətəndaş cəmiyyətinin inkişafina məhdudyyət yaradan qanunlara qarşı çıxan QHT-lərə böyük dəstək göstərilməlidir. ABŞ maliyyə nazirliyi xarici ictimai qruplara Amerika qrantlarının alınması prosesini daha da asanlaşdıracaq.

Yəni  bu birbaşa Gürcüstanda Konstitusiyaya qarşı çıxan “Azad Zona”nın dövlət çevrilişinə çağırışdır. Yeni qrantlar isə QHT-ni hava limanından çemodanla ölkəyə dollar daşımaqdan qurtarır. 

Ukraynadan sonra növbəti “Maydan” Ermənistanda olacaq 

Ötən həftə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Barak Obamanın bəyanatını,  Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini, eləcə də “Human Rights Watch” və “Freedom House” bəyanatlarını kəskin tənqid edib.  O deyib: “Bu bəyanat Azərbaycan Respublikasının müstəqil siyasətinə təzyiq cəhdləri kimi qiymətləndirilməlidir”. 

Bu nə ilə bağlıdır?

Məsələ orasındadır ki, Ukraynadan sonra növbəti “Maydan” Bakıda olmalı idi. Aprelin 27-də Saakaşvilinin Bakıya səfər zamanı dediyi sözünü  xatırlayın. O  demişdi ki, “Putinin başı Urakyınaya qarışıb deyə, Azərbaycanın yaxşı fürsəti var.” Görəsən bu sözün mənası nədir? Əslində, Saakaşvili Azərbaycanı çevrilişə çağırırdı.  Səbəb Rusiyanın strateji və ən iri enerji tərəfdaşın Avrasiya İttifaqına daxil olmaqdan çəkindirmək idi.  Lakin ABŞ-a Azərbaycanda “Maydan” yaratmaq qismət olmayıb. ABŞ-ın Azərbaycandaki səfiri Ricard Morniqstarın, “əgər Azərbaycan hakimiyyəti vətəndaşlara əzab verməyə davam etsə, "Maydan" hadisələri baş verə bilər” sözündən sonra hökümət bütün xarici fondları və QHT-ləri öz ciddi nəzarəti altına götürüb. 

Bundan sonra Vaşinqton üzünü Ermənistana tutdu. Orada Gürcüstan ssenarisindən bir qədər fərqli dövlət çevrilişi ssenarisi oynanacaq. ABŞ Qarabağda yeni irimiqyaslı hərbi əməliyyatı bərpa edəcək. Eyni zamanda Ermənistanda sabotaj başlaya biləcəyi ehtimalı da olduqca böyükdür. “Hakimiyyətə xalq narazılığı”  və kollaborasionistləri (Ermənistan hakimiyyətini özlərinə düşmən bilənlər) də konfliktə qatacaq. Bununla Birləşmiş Ştatlar bir güllə ilə üç hədəfi vurmuş olar. Həmçinin Gürcüstan da qeyri-ixtiyari olaraq münaqişəyə qatılacaq. Bir anda üç Qafqaz respublikasında dövlət çevrilişi olacaq.

Biz buna oxşar “Made in USA” dövlət çevrilişlərini Yaxın Şərqdə və Şimali Afrikada da müşahidə etmişik.

Nəyə görə ABŞ-a Ukraynada sülh,  Qafqazda isə təcili müharibə  lazımdır?

Nəyə görə Ukraynada usyançıların cəbhənin  bütün istiqamətlərdə qələbəsinə baxmayaraq, sülh elan edildi. Təşəbbüskarı da Rusiya oldu. Ona görə ki, artıq Ukrayna ABŞ üçün heç bir maraq kəsb etmir. Necə ki, 2008-ci ildə Gürcüstanı Osetiya və Abxaziyaya hücum etməyə vadar edib sonra isə onu Rusiya ilə baş-başa qoyaraq, atıb getmişdi. 

Əslində, Gürcüstan, Ermənistan və Azərbaycan Ukrayna kimi ABŞ-a təkcə Rusiya və İranı zəiflətmək üçün lazımdır. ABŞ bu üç Qafqaz ölkəsində və Ukraynada dövlət çevrilişi edərək, İran və Rusiyanı çətin durumda qoyacaq. Moskva artıq Qərb ölkələrinə qaz ixrac edə bilməyəcək. Nəticədə ABŞ Avropanı tam diz üstə qoyaraq, onu amerikanın şist qazını almağa məcbur edəcək. Qeyd edək ki, Ukraynada şist qaz hasilatı ilə məşğul olan "Burisma Holdings" şirkətinin idarəedici direktoru ABŞ-ın vitse-prezidenti Co Baydenin oğludur. 

Xəzər Sammitində “Xəzər beşliyi” (Rusiya, Qazaxstan, İran, Azərbaycan və Türkmənistan)  qeyri-regional hərbi qüvvələrin (yəni ABŞ və NATO) məntəqədə olmasına yol verilməməsi barədə razılığa gəldikdən sonra Birləşmiş Ştatların çirkin planının tezliklə baş tutmasını sual altında qalıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
32

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Şərhlər
Vetenperver tərəfindən 01-10-2014 11:30:20 tarixində yazıldı
Maraqli tehlildir
Tehlil maraqlidir, amma planin bu qeder sadeliyi inandirici deyil. Yani bizim bu qeder asan choze bileceyimiz bir plan demek ki mexfi deyil ve bele oldughu teqdirde, planin pozulmasi uchun tedbirler gormek de mumkundur. Bu halda yuxarida yazilanlar bizim uchundur. Onlarin planisa tam bashqadir. Hormetli analitikler, esas plani arashdiraq.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 10:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru