Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2014
13:14
1179
Təhsil Nazirliyi 7 saylı internat məktəbinin bağlanmasını təsdiqlədi

Təhsil Nazirliyi rayonu Əmircan qəsəbəsində yerləşən 7 saylı internat məktəbinin bağlanması ilə bağlı rəsmi açıqlama verdi. Nazirlik bizimyol.info-nun sorğusuna cavabda yazıb ki, prezidentin 2006-cı ildə təsdiq edilən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramında (2006-2015-ci illər)" bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub. Bu vəzifələrdən biri də dövlət usaq müəssisələrinin şəbəkəsinə yenidən baxılması, onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi, tədricən yerlərdə ailə əsaslı sosial xidmətlər sisteminin yaradılmasıdır. Bu məqsədlə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub:

"Dövlət Proqramına və Baş Plana əsasən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 13 internat məktəbi artıq ləğv edilib. Bununla yanaşı yerlərdə bu müəssisələrə alternativ olan xidmətlərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, Bakı şəhərinin Xəzər  rayonunda  ailə tipli kiçik qrup evi yaradılıb  və hazırda fəaliyyət göstərir, digərinin isə Lənkəran şəhərində tikintisi davam etdirilir. Bu tədbirlər planına uyğun olaraq 2 günərzi qayğı və 4 reabilitasiya mərkəzi  də yaradılıb". 

Cavabda o da deyilir ki, həyata keçirilən tədbirlər çərçivəsində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi də ləğv olunub. Məktəbin 40 nəfər şagirdi  ailələrinin himayəsinə qaytarılıb, xüsusi siniflərdə təhsil alan şagirdlərin təhsillərini digər internat məktəbində davam etdirməsi təmin olunub: "Tərbiyəçi-müəllimlərin isə həmin müəssisədə işlə təmin olunması nəzərdə tutulub. Növbəti illər ərzində daha bir neçə bu tip müəssisənin fəaliyyətinə yenidən baxılması və onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
537

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
757

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1474

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
155

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1747

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
784

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
214

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
183

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
221

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
189
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 00:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru