Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2014
12:32
1256
Gürcüstan, Azərbaycan və Türkiyə birgə ordu yaradır

 Tiflis yaxınlığındakı Krtsanisi təlim mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə kompüter komanda-qərargah təlimləri keçirilir.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Kommersant” qəzeti yazıb.

“Təlimlərin məqsədi boru kəmərlərinin mühafizəsində strateji tərəfdaşlıq üçün çoxmillətli briqadanın formalaşdırılmasıdır” - deyə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mənbə deyib ki, söhbət ilk növbədə Gürcüstan ərazisindən keçən Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərindən gedir.

Çoxmillətli briqadanın formalaşdırılmasına dair razılaşma Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin bu günlərdə Naxçıvanda keçirilmiş görüşündə əldə olunub. Nazirlər boru kəmərlərinin mühafizəsi üçün birgə səyləri, o cümlədən üç ölkənin hərbçilərindən təşkil olunmuş briqadanın formalaşdırılmasını müzakirə ediblər.

“Kompüter komanda-qərargah təlimlərinin məqsədi birləşmiş silahlı qüvvənin yaradılması istiqamətində birinci addımdır” - deyə Gürcüstanın “Arsenali” hərbi- analitik mərkəzinin baş redaktoru İrakli Aladaşvili bildirib.

İrakli Aladaşvili deyib ki, zərurət yaranarsa, çoxmillətli briqada neft kəmərini bilavasitə Gürcüstan ərazisində mühafizə edəcək. Ekspert xatırladıb ki, hələ 2011-ci ildə kəmərlərin birgə mühafizəsi ümün Krtsanisi təlim mərkəzində Gürcüstan, Azərbaycan və Ukrayna hərbçilərinin iştirakı ilə hərbi təlimlər keçirilib.

Ekspertin qənaətinə görə, BTC-nin Gürcüstan ərazisindən keçən hissəsinin mühafizəsinə çoxmillətli briqadanın cəlb edilməsində təəcüblü heç nə yoxdur. Çünki 2008-ci ilin avqust müharibəsi zamanı boru kəməri Rusiya aviasiyasının hücumuna məruz qalmışdı.

“Ona görə də kəmərin mühafizəsi üçün üç ölkənin birgə briqada formalaşdırması məntiqlidir” - deyə ekspert bildirib.

Üç ölkənin müdafiə nazirlərinin Naxçıvan görüşü

Xatırladaq ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün ardınca və Bakıda yeni strateji boru kəmərinin - Cənub qaz dəhlizinin əsasını təşkil edəcək TANAP-ın təməlinin qoyulması ilə bir vaxtda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin irimiqyaslı birgə manevrləri təşkil olunmuşdu. Bu manevrlərin yekun hissəsində Türkiyənin hərbi hava qüvvələri, o cümlədən “F-16” təyyarələri qatıldı. Manevrlərdə Türkiyə və Azərbaycan hərbi qüvvələrinin birgə döyüş əməliyyatları keçirməsi sınaqdan çıxarıldı.

Belə görünür ki, bu manevrlər Ermənistanın Qarabağda mümkün müharibə zamanı Azərbaycan ərazisində strateji neft-qaz kəmərlərinin hədəf alınacağına dair ayrı-ayrı vaxtlarda səsləndirdiyi hədələrə tutarlı cavabdır.

Başqa sözlə, BTC və digər strateji əhəmiyyətli nəql kəmərlərinin sahibləri-Azərbaycan,Gürcüstan və Türkiyə həm birgə manevrlər, həm çoxmillətli hərbi birləşmənin formalaşdırılması ilə mesaj verir ki, bu kəmərləri hədəf almaq heç də sadə məsələ olmayacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
265

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1889

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
408

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1350

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
479
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 09:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru