Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2014
09:55
`Niva`lı avtoşlar Bakıda belə oyun çıxarır - VİDEO

«07» ilə «avtoş»luq edənlərin dövrü artıq başa çatır. İndi avtoxuliqanlar üçün dəbdə olan maşınlar «Niva» və «Lada-Priora»dır. Bu kadrlarda gördüyünüz «Niva»ların üzərindəki nömrələr guya Almaniya nömrələridir. Amma sual yaranır; Rusiya istehsalı olan avtomobilin üzərində alman nömrəsi nə gəzir?

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu nömrələr saxta nömrələrdir, «avtoş»ların dili ilə desək, «lipa» nömrələrdir və onları Bakıda hazırlatdırırlar. Avtomobilin nömrələrini və üzlərini gizlədən bu gənclər isə heç də sadə insanlar deyilllər. Məlumata görə, onlar imkanlı şəxslərin övladlarıdır və gecələr Bakıda bu cür əyləncələr təşkil edib avtoralliyə çıxırlar. Avtomobillərin birinin nömrə yerinə «Rokc-N-Roll», digərinə isə H-333-R yazılıb.

Bu kadrların konkret nə vaxt çəkildiyi məlum olmasa da, görünən budur ki, «Niva»larla «avtoş»luq edənlər gecə yarısı şəhərə çıxırlar. Çünki kadrlardan görünür ki, küçələr boşdur, tək-tük avtomobil gözə dəyir. Onlar isə ancaq mərkəzi küçələrdə hərəkət edirlər, asfaltda təkərlərin izini qoyub adrenalin çıxarırlar.

Hər halda, nəzərə almaq lazımdır ki, hazırda avtomobil bazarında yeni «Niva» 12 min manatdan bahadır. Ona biraz əl gəzdirib yaxşı vəziyyətə gətirmək üçün ən azı 4-5 min manat da lazımdır. Üstəlik, bir çoxları «Niva»ya elə bir sistem quraşdırır ki, salonda düyməni basdıqda avtomobilin arxası aşağı enir. Bununla «avtoş»lar yol polisini görəndə düyməni basıb maşını normal vəziyyətə gətirirlər. Yol polisinin olmadığı yerlərdə isə öz bildikləri kimi hərəkət edirlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 03:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com