Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2014
21:53
1695
`Qarabağ` fantastik qazanc götürəcək

Qrupdakı hər qələbəyə 200 min avro pul mükafatı ayrılıb. Avropa Liqasınında qrup mərhələsinə qatılan klubların gəlirləri açıqlanıb.  FaktXəbər-in Lent.az-a istinadən məlumatına görə, “Qarabağ” klubu teleyayım, kommersiya xarakterli müqavilələrə görə 225 milyon avro qazanacaq.

“Qarabağ” əlavə olaraq turnirin qrup mərhələsində oynayacağı üçün 1,3 milyon avro mükafat veriləcək.

Qrupdakı hər qələbəyə 200 min avro, heç-heçəyə görə isə 100 min avro pul mükafatı ayrılıb.

Avroliqanın 1/16 finalına qrup qalibi kimi çıxan komandaya 400 min avro, ikinci pillənin sahibi kimi çıxana isə 200 min avro mükafat veriləcək. 1/8 finalda oynayan 350 min avro, 1/4 finala yüksələn komanda isə 450 min avro gəlir əldə edəcək. Yarımfinalçı 1 milyon avro, finalçı isə 2,5 milyon avro ilə mükafatlandırılacaq. Avropa Liqasının qalibinə 5 milyon avro mükafat veriləcək.

Bundan başqa “Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsində iştirakına görə 200 min avro gəlir əldə edib. Üstəlik Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün daha 200 min avro qazanıb.

Qeyd edək ki, Çempionlar Liqasının təsnifat mərhələsindəki iştirakına və Avroliqanın qrupuna düşdüyü üçün “Qarabağ” 1,7 milyon avro gəlir əldə edib. “Köhlənən Atlar” Qrup mərhələni keçsə, gəliri daha da artacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
78

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1651
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru