Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2014
11:23
1026
Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi
AFFA-nın prezidenti: ""Qarabağ"ölkəmizin futbol ictimaiyyətinə böyük sevinc bəxş etdi"

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ" komandasını Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edərək fikirlərini affa.az saytına bildirib:

"Azərbaycan çempionu kimi beynəlxalq oyunlarda qüvvəsini sınayan "Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinə qədər keçirdiyi bütün oyunlarda yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək ölkəmizin futbol ictimaiyyətinə böyük bir sevinc bəxş etdi. Bu nailiyyətlərin qazanılmasında böyük azarkeş dəstəyinin də mühüm rol oynadığını xüsusilə vurğulamaq istərdim. Ən güclü rəqibləriylə də gərgin mübarizə apararaq ölkəmizdə futbolun son illər inkişaf etdiyini uğurlu çıxışları ilə bir daha təsdiqlədi. Ümid edirəm ki, komanda qrup mərhələsində də peşəkarlığı, əmzkarlığı və baxımlı oyunu ilə azarkeşlərini sevindirəcək və ölkə futbolunun tarixində rekorda nail olacaq. Ölkəmizin futbol ictimaiyyəti adından komandanın rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edir və daha böyük uğurlar arzulayıram."

Qeyd edək ki, "Qarabağ" klubu dünən "Twente" ilə 0:0 hesablı heç-heçə edərək tarixində ilk dəfə Avropa Liqasının qruplarına düşüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
497

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
89
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru