Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2014
11:28
`KaMAZ` sürücüsü: `Varıb Bakıya gedirdim, toqquşduq`
Tovuzda baş verən yol qəzasında bələdiyyə sədri dünyasını dəyişdi

Tovuzda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax yolunda Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində olub. “Kamaz” markalı yük maşını ilə “Mitsubishi” markalı avtomobilin toqquşması nəticəsində “Mitsubishi”nin sürücüsü, Tovuz rayon Əlimərdanlı kənd bələdiyəsinin sədri Abbas İbrahimov aldığı ağır xəsarətlərindən elə hadisə yerindəcə keçinib. “Kamaz”ın sürücüsü, Əlibəyli kənd sakini İlqar Gülməmmədov isə yüngül xəsarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Kamaz”ın sürücüsünün dediyinə görə, hadisə “Mitsubishi”nin onun yoluna çıxması nəticəsində baş verib: "Varıb Bakıya gedirdim. Gördüm gəlir, nə qədər marqat elədim çıxmadı yolumdan. Həmin vaxt toqquşduq." 

Qəzanın dəqiq səbəbləri hələ məlum deyil. Hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsinin Yol Patrol Xidmətinin əməkdaşları araşdırma aparır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
225

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
229

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
406
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 19:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru