
Son günlər havaların kəskin isti keçməsi metroda sərnişinlərin gediş-gəlişini çətinləşdirib. Xüsusilə qatarların tuneldə olduğu vaxt isti havanın təsiri insanların səhhətinə mənfi təsir göstərir. Tez-tez metroda sərnişinlər arasında ürək getmə, dil qatlanma kimi hallar baş verir.
Anspress-in müxbirinin şahidi olduğu belə hallardan birində gənc oğlanın tuneldə dili qatlanıb. Hadisə baş verən zaman oğlanın ətrafındakı insanlar gəncə yardım etsələr də bir nəticə əldə etmək mümkün olmayıb. Stansiyaya çatanda isə gənci çölə çıxarmaq lazım gəlib. Sərnişinlər metro işçisindən yardım edilməsi üçün xahiş ediblər. Özündə olmayan gənci metro işçisi stansiyadakı skamyalardan birinə uzadaraq üzünə su vurmağa başlayıb. Ona bu işdə polis əməkdaşı da kömək edib. Bu cür addım bir vətəndaş kimi yaxşı addım olsa da, əslində həmin şəxsə həkim tərəfindən ilk yardım göstərilməlidir.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, metro stansiyalarında belə hallar baş verən zaman metro əmakdaşları ilk yardım edirlər:
"Metro stansiyada ilkin tibbi yardım üçün şərait var. Biz bütün hallarda bu cür hallar baş verərkən təcili tibbi yardıma zəng edirik və həkim briqadası dəvət edirik. Personalımız isə yalnız hadisə baş verən zaman ilkin yardım edə bilir".
Mütəxəssislərin fikrincə isə əslində metro stansiyalarda ən azı bir tibb işçisi olmalıdır. Çünki hadisə baş verən zaman kənardan çağırılan həkimin xəstəyə gec müdaxiləsi sonda bədbəxt hadisəyə səbəb ola bilər. Həmçinin, tibb işçisi olmayan şəxsin xəstəyə yanlış müdaxiləsi fəsadlara gətirib çıxarar. Ekspertlər hesab edirlər ki, bunun üçün Səhiyyə Nazirliyi ilə birgə iş aparılmalıdır. Yaxşı olar ki, Nazirlik lazım olan dərman preparatlarının siyahısını hazırlasın və Metropolitenə bu avadanlıqları təqdim etsin. Hər stansiyada bir həkimin olması da metroda hər hansı ölüm hadisəsi baş verməsinin qarşısını ala bilər.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel- 17-04-2021 13:15 Ramana və Sabunçu qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
- 17-04-2021 12:31 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 17-04-2021 11:52 Bakıda top mərmisi aşkar edilib - FOTO
- 17-04-2021 10:40 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI
- 17-04-2021 10:20 Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
- 16-04-2021 16:29 Bağçalarda 2 milyonluq yeyinti məlumatları haqda - Rəsmi açıqlama
- 16-04-2021 16:21 Azərbaycandan deportasiya olunan əcnəbilərin sayı açıqlanıb
- 16-04-2021 16:06 MilliÖN terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı
- 16-04-2021 15:18 Həkimdən xəbərdarlıq: Uşaqlarınızda bu əlamətlər varsa... - VİDEO
- 16-04-2021 14:54 Koronavirusdan qorunmaq üçün xüsusi qida yoxdur - Nazirlik
- 16-04-2021 14:50 Birinci dozadan sonra yoluxsaq, ikinciyə ehtiyac varmı?
- 16-04-2021 14:35 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 16-04-2021 12:55 2342 şəhid ailəsinin 4294 üzvü vəsiqələrlə təmin olunub
- 16-04-2021 12:15 Bank kartlarından vəsait tutulması xəbərləri haqda - Rəsmi açıqlama
- 16-04-2021 11:58 Altı ay komada qalan və dünən şəhidlik zirvəsinə ucalan hərbçimiz dəfn olundu - FOTO
- 16-04-2021 11:42 Karantin nə zaman sərtləşdiriləcək? - VİDEO
- 16-04-2021 11:13 DYP-dən sürücülərə MÜRACİƏT
- 16-04-2021 10:59 Xalq artisti Eldar Quliyev vəfat edib
- 16-04-2021 10:25 FHN əməliyyat görüntülərini yaydı - VİDEO
- 15-04-2021 15:45 Uşaq və yeniyetmələr arasında piylənmə artıb
- 15-04-2021 14:58 Sabah Bakıda 21 dərəcəyədək isti olacaq
- 15-04-2021 14:25 Daha bir şəhidimizin övladı dünyaya gəlib
- 15-04-2021 14:12 Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
- 15-04-2021 11:46 Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb
- 15-04-2021 11:17 ABŞ-da polis nümayişçilərə atəş açdı