Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2014
10:29
837
Fransa yenə ermənilərin müdafiəsində: `DİVERSANTIN MEYİTİNİ VERİN`

Fransa Xarici İşlər Nazirliyi Azərbaycan ərazisində əsir düşən və qəflətən ölən erməni diversant Karen Petrosyan haqqında bəyanat yayıb.

XİN-in mətbuat katibi Romen Nadal bildirib ki, Fransa Karen Petrosyanın ölümünə görə dərin narahatlıq hissi keçirib.

"Fransa Karen Petrosyanın ailəsinə baş sağlığı verir. Biz Azərbaycanı onun ölüm səbəbini aydınlaşdırmağa və meyitini qaytarmağa çağırırıq", - deyə Nadal bildirib.

Erməni diversantın ölümünə görə narahat olan Fransa Kəlbəcərə valideynlərinin qəbrini ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilər tərəfindən girov götürülməsinə və Həsən Həsənovun öldürülməsinə heç bir reaksiya verməyib. Bu günə qədər Fransa sadə Azərbaycan vətəndaşı Həsən Həsənovun ölüm səbəblərinin aydınlaşdırılması, onun cəsədinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistana çağırış etməyib.

Qeyd edək ki, avqustun 7-də Azərbaycan əsgərləri cəbhə xəttini keçmək istəyən 4 erməni diversantından üçünü məhv etmişdi. Karen Petrosyan isə əsir götürülmüşdü. Lakin avqustun 8-də erməni diversant qəflətən ölmüşdü./ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
101

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
200

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2288
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 01:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru