Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2014
12:23
İş başında yatan polislərimiz - FOTO

Bakı metropolitenində polis işçisinin xidməti yerində yatması barədə məlumatlar yayılıb.

“Facebook” sosial şəbəkəsində Sancaq qrupunda bu barədə foto paylaşılıb. Bundan əlavə bəzi kütləvi informasiya vasitələrində qeyd olunub ki, metronun “İnşaatçılar” stansiyasında iki polis əməkdaşı təhlükəsizliyə nəzarət edir. Bu zaman polislərdən bir oturduğu stolda mürgüləyir. Digər polis əməkdaşı isə telefonla danışır.

Məsələni araşdırmaq üçün Bakı Metropoliteni ilə əlaqə yaratdıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS-ə açıqlamasında qurumda təhlükəsizliyin yüksək səviyyədə qorunduğunu bildirdi.

“Düzdür polisin yatması birbaşa daxili işlər orqanlarına aid məsələdir. Amma ümumilikdə metroda təhlükəsizliyin nəzarətsiz qalması ilə bağlı söz-söhbət yalandır. Metroda daima təhlükəsizlik yüz faiz qorunur. Təhlükəsizlik istər polis, istərsə də metropoliten işçiləri tərəfindnə daim nəzarət altındadır. Bundan başqa, metronun hər bir nöqtəsində müşahidə kameraları ilə hadisələr izlənir”, - deyə Nəsimi Paşayev bildirib.

Məsələ ilə bağlı metronun polis şöbəsinin rəis müavini Kamal Şirinovla əlaqə saxladıq. O, məsələ barədə heç bir açıqlama vermək istəmədi. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov ANS-ə açıqlamasında məsələ barədə eşitmədiyini bildirib. O, məsələnin araşdırılacağını əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2050
Şərhlər
amil ehmedov tərəfindən 20-08-2014 10:26:20 tarixində yazıldı
baki polisler
yaziqlara ele maas verirler ki yatmasinlar neynesinler
vusal atayev tərəfindən 20-08-2014 14:07:08 tarixində yazıldı
./
bu goruntunu cekenin diyesen agzi isti yerdedi.yorulublarda kim isteyerki vezife basinda yatsin, gorunurki o konullu yatmir, yorgunculuqdan yuxuya dalib bir anliq
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 04:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru