Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2014
12:58
Maşını pultla idarə edən sürücü kimin qohumudur ? - FOTO

Bakıda pultla maşını idarə edən və Xəzər rayon məhkəməsi tərəfindəm 25 sutka həbs cəzası alan Orxan Əhədovun kimin qohumu olduğu məlum olub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın qardaşı nəvəsidir.

Onu da bildirək ki, gənc avtoşun yaxın günlərdə nişanı olacaqmış. 25 sutka azadlıqdan məhrum olunan Orxanın nişanı da bu səbəbdən hələ ki, təxirə salınıb.

Qeyd edək ki, 12 avqust 1988-ci il təvəllüdlü Əhədov Orxan Babaverdi oğlu "Porsche Cayenne" "cip" markalı 90 FA 012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub. 

O, pult vasitəsilə istənilən zaman avtomobilin səsboğucu qazanlarının səsinin artırıb-azaldılmasını, həmçinin mexanizm vasitəsi pərdələrin çəkilməsi ilə dövlət nömrə nişanlarının görünməməsini nizamlayır: "Yəni dövlət nömrə nişanının üzərinə qara örtük çəkərək avtomobilin nömrəsiz idarə edilməsinə cəhd edib. Bu azmış kimi, sürücü Zaqulba prospekti ilə hərəkət edərkən yol boyu polisin saxlama işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. Eləcə də yaradılmış süni maneəyə baxmayaraq əks istiqamətdə həmin yolla qarşılıqlı hərkət zolağı ilə hərəkətdə olan avtomobillərə qəza şəraiti yaradaraq, yol boyu nizamlanan yol ayrıclarında işıqforun tələblərini pozaraq yüksək sürətlə digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradıb. Radiocihaz vasitəsilə həmin hərəkət istiqamətində tam süni sıxlıq yaratmaqla avtomobil sürücüsü ilə birgə saxlanılıb və barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə məhkəməyə göndərilib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə avtoxuliqanlıq etdiyinə görə sürücü cəzalandırlıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18890

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17527

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18862

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18437

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23981

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18426

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18570
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 22:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru